BODEN GÖLÜ
Alp qırışıqlığı-Yer qabığı təbəqələrində Kaynazoy və qismən Mezazoy eralarında əmələ gəlmiş qırırşıqlıq.İlk dəfə Alp dağlarında öyrənildiyindən Alp qırışıqlığı adlandırılmışdır.Mezazoyun əvvəlindən başlamış, Neogendə şiddətlənmiş və Kaynazoyun sonunda zəifləmişdir.
Alp qırışıqlığı yenə də davam edir.Cavan dağ silsilələri, onlara bitişik çökəkliklər və su hövzələri Alp qırışıqlığı nəticəsində əmələ gəlmişdir.
İki zolağdan ibarətdir: 1-ci zolaq Aralıq dənizi və Qara dəniz hövzələrini, Xəzər dənizinin cənub yarısını, Afrikanın şimalındakı dağları, Alp, Pireney, Əndəlis, Apennin, Dinar, Karpat, Krım, Qafqaz, Kiçik Asiya, İran, Pamir, Himalay və Birmanın dağ silsilələrini, 2-ci zolaq isə uzaq şərqdə meridional istiqamədə uzanan Sakit okean ətrafı dağ silsilələrini-Koryak silsiləsini, Kamçatka yarmadasını, Saxalin, Yapon adalarını və Malay arxipelaqını, And dağlarını, Mərkəzi Amerika, Alyaskanın cənubu və Aleut adalarındakıdağ silsilələriini və dərin sualtı yarğanları əhatə edir.Alp qırışıqlığı zolaqları tektonik hərəkətlər nəticəsində baş verən qırışıqlar, örtüklər və üstəgələmələrlə, intruziyaların yayılması, seysmikliyi və vulkanizmi ilə xarakterizə olunur.
Boden (alm. Bodensee) Almaniya, İsveçrə və Avstriya sərhədlərində yerləşən üç: Yuxarı (alm. Obersee), Aşağı (alm. Untersee) və Reyn hövzələrindən ibarət göl. Boden gölünün yatağı dəniz səviyyəsindən 395 m hündürlükdədir və sahəsi 536 km², uzunluğu 63 km, dərinliyi 254 m-dir. sahilləri təpəlik, lakin cənub şərq hissədə qayalıqdır. Gölün sahəsində bir neçə qoruq mövcuddur. bu göl Reyn çayı üçün həm mənsəb həm də mənbə sayılır. Göl yalnız sərt qışda donur. Bu gölün Almaniya sahilində Konstans və Fridrixhafen , Avstriya sahilində Bregens şəhərləri yerləşir.
Boden gölünün hövzəsi sonuncu buzlaşma dövründə Alp yamaclarındakı Reyn buzlağının əsasındsa formalaşmışdır. Onu əriyən buzlağı əriməsindən yarandığı hesab edilir.Uzunluğu 63 km
Eni 14 km
Sahəsi 536 km²
Həcmi 48,5 km³
Ən dərin yeri 254 m
Orta dərinliyi 90 m
Tökülən çaylar Reyn
Axan çaylar Reyn
21445