AKADEMİK HƏSƏN ƏLİYEV 110 "TORPAQ COĞRAFİYASI ŞÖBƏSİ - 60"
1957-ci ildə akademik Həsən Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Kimya İnstitutu nəzdində yaradılmış “Meşə torpaqlarının coğrafiyası” laboratoriyası alimin ötən əsrin 30-cu illərin sonu və 40-50-ci illərdə yorulmaq bilmədən apardığı elmi-tədqiqat işlərinin məntiqi nəticəsi və həm də Azərbaycan meşə torpaqlarının genezisinin, coğrafi yayılmasının, torpaq meşə arasında olan qarşılıqlı əlaqələrin, bioloji dövranın öyrənilməsinin yüksək elmi və təsərrüfat əhəmiyyəti kəsb etməsi idi. Bu istiqamətdə aparılan tədqiqatların, meşələrin məhsuldarlığının artırılması, meşəsi qırılmış və başqa səbəblərdən məhv edilmiş sahələrdə yeni meşələrin salınması üçün elmi əsasların hazırlanması işlərinin də xüsusi rolu vardır. Digər tərəfdən, ümumiyyətlə, Azərbaycanda meşə örtüyünün azlığı və ölkənin daxili tələblərini təmin etməməsi nəzərə alınarsa, bu sahədə aparılan torpaq biogeosenoloji tədqiqatların nə dərəcədə zəruri olduğu aşkara çıxır.
1968-ci ildə akad. H.Ə.Əliyev Coğrafiya İnstitutunun direktoru vəzifəsinə təyin olunduqdan sonra onun rəhbərlik etdiyi laboratoriya həmin institutun strukturuna “Meşə torpaqları coğrafiyası” şöbəsi irimi daxil olmuşdur. Yarım əsrdən çox fəaliyyəti dövründə şöbədə müxtəlif aktual mövzularda elmi-tədqiqat işləri yüksək səviyyədə yerinə yetirilmişdir.
O illərdə yeni yaranmış şöbənin ilk fəaliyyətində akademik H.Ə.Əliyevlə yanaşı E.F.Şərifov, G.A.Salamov, X.H.Həsənov, B.A.Cəfərli və başqalarının xüsusi əməyi olmuşdur. Torpaqların genezisi, coğrafi yayılma qanunauyğunluqları, xəritələşdirilməsi, torpaq-biogeosenoloji, torpaqlardan səmərəli istifadə edilməsi istiqamətlərində tədqiqat işləri aparmış, onlarla monoqrafiya və məqalə çap olunmuşdur.
Çöl tədqiqatları ilə yanaşı, şöbədə analitik işlərin aparılmasına xüsusi diqqət yetirilmiş və bu sahədə də bacarıqlı analitik (T.C.Əliyeva, R.H. Mirzəyeva, R.Şərifova, F.H.Məmmədova, H.E.Konstantinova, E.Heybətova) mütəxəssislər hazırlanmışdır.
Meşə torpaqları ilə bağlı ilk tədqiqatlara S.A.Zaxarovun rəhbərliyi altında aparılmış ekspedisiya (1925-1926) materiallarında rast gəlmək mümkündür.
Uzun illər şöbə əməkdaşları tərəfindən meşə və torpağın qarşılıqlı əlaqəsi, meşəni təşkil edən ağacların, torpağın fiziki-kimyəvi təsiri və digər xüsusiyyətləri və prosesləri (rütubət rejimi, temperatur rejimi, hava, bioloji dövran və s.), həmçinin digər bir sıra məsələlər qəbul olunmuş metodikalar, stasionar-biogeosenoloji tədqiqatlar əsasında ətraflı tədqiq olunmuşdur.
Ötən əsrin 30-cu illərindən başlayaraq respublikanın ərazisində S.A.Zaxarov, V.P.Smirnov-Loginov, M.N.Sabaşvli, V.V.Akimtsev, A.Ş.Preobrajenski, B.A.Klapatovski, H.Ə.Əliyev, V.R.Volobuyev, R.B.Kovalyov, M.E.Salayev, K.Ə.Ələkbərov, Ə.B.Zeynalov, B.M.Ağayev, E.F.Şərifov, R.H.Məmmədov və b. tərəfindən dərin və ətraflı torpaq tədqiqatları apanlmağa başlanmışdır. “Azərbaycan torpaqları” (1953) adlı fundamental əsər bu gərgin və səmərəli elmi axtarışların məhsuludur. Monoqrafiyada Azərbaycan torpaqlarının təsnifatı ilə yanaşı, torpaq, örtüyü, meşə torpaqlarının genetik xüsusiyyətləri, coğrafi yayılma qanunauyğunluqları, fiziki-kimyəvi xüsusiyyətləri haqqında da ilk dəfə olaraq geniş məlumatlar verilmişdir. Monoqrafiyada Böyük Qafqazın torpaqlan bölməsi əsasən akad. H.Ə.Əliyev tərəfindən yazılmışdır. Bu bölmədə Acınohur öndağlıq, Qanıx-Əyriçay vadisi, Böyük Qafqazın cənub və şərq yamacı, Qobustan da daxil olmaqla Şamaxı yaylası torpaqlarının tədqiqat nəticələri yazılmış və 1:400 000 miqyasında torpaq xəritəsi tərtib edilmişdir.
Azərbaycanda dağ-meşə qəhvəyi torpaqların mənşəyi, təsnifatı və coğrafi yayılma məsələləri bilavasitə akad. H.Ə.Əliyevin adı ilə bağlı olmuşdur. “Qəhvəyi meşə torpaqlan” (1965) adlı monoqrafiyasında alim qəhvəyi meşə torpaqlarının əmələgəlmə şəraitini və digər tədqiqatçıların bu torpaqlar haqqında diaqnostik təhlillərini nəzərə alaraq Azərbaycan ərazisində (Böyük Qafqaz dağlan timsalında) aşağıdakı yarımtipləri ayırmış və onların təsvirini vermişdir: tipik qəhvəyi dağ-meşə, qəhvəyi dağ-meşə (ardıc-saqqız seyrək arid meşələr altında), bozqırlaşmış qəhvəyi meşə, qəhvəyi dağ (qədimdən çoxillik bitkilər altında istifadə edilən), çəmən qəhvəyi (düzən və Tuqay meşələr altında).
Ötən əsrin 60-cı illərin ortalarında akad.1 H.Ə.Əliyevin “Böyük Qafqazm şimal-şərq hissəsinin meşə və meşə-bozqır torpaqlan” adlı monoqrafiyası işıq üzü gördü. Bu monoqrafiyada meşə torpaqlarının əmələ gəlməsi, təsnifatı və coğrafi yayılması ilə yanaşı meşə və meşə-çöl torpaqlannın təkamülü, diaqnostik əlamətləri, səmərəli istifadəsi barədə əsaslandırılmış yeni fikirlər yazılmışdır. Monoqrafiyada dağ-meşə torpaqlan daha humid (qonur meşə torpaqlan qrupu) və arid (qəhvəyi meşə torpaqlan qrupu) kimi göstərilmişdir. Adi meşə torpaqlarından xeyli fərqlənən meşə-bağ torpaqlan tədqiqatçı tərəfindən xüsusi qrup kimi təsvir edilir. Bu isə torpaq vahidlərinin ayrılmasında insan fəaliyyətinin də daxil edilməsi işində xüsusi addım kimi çox əhəmiyyətlidir.
Şöbə əməkdaşlarının Kiçik Qafqazın dağ-meşə torpaqlarının əmələ gəlməsi, təsnifatı, coğrafi yayılması və səmərəli istifadəsi istiqamətlərində apardıqları tədqiqat işlərində görkəmli torpaqşünas M.E.Salayevin “Kiçik Qafqaz torpaqları” (1966) adlı monoqrafiyasının böyük təsiri olmuşdur. Bu məşhur monoqrafiyada qonur dağ-meşə (çimli qonur dağ-meşə, doymamış qonur dağ-meşə, çimli karbonatlı dağ-meşə) və qəhvəyi dağ-meşə (yuyulmuş, tipik, karbonatlı) torpaqları haqqında yeni məlumat verilmişdir.
Azərbaycanın meşə torpaqlarında qonur torpaqəmələgəlmə prosesi müasir elmi səviyyədə öyrənilmiş, qonur və san-qonur tip və yarımtiplər səviyyəsində mükəmməl genetik-coğrafi təsnifat verilmişdir (B.İ.Həsənov 1983). Lakin bu o demək deyildir ki, meşə torpaq tədqiqatları başa çatmış, qarşıya qoyulmuş məqsədə nail olunmuşdur. Torpaqəmələgətirən amilləri tamamilə əhatə edən torpaqdaxili proseslərin stasionar-biogeoseneloji və s. metodlar əsasında tədqiqi daha tutarlı diaqnostik və dəqiq elmi nəticələr əldə etməyə imkan verir. Bu baxımdan meşə torpaqlarının genezisini, meşəbitmə xüsusiyyətlərini daha ətraflı araşdırmaq məqsədi ilə ümumi metodlarla yanaşı, bilavasitə meşəni təşkil edən ağac cinslərinin torpağa təsiri, bioloji dövranın müəyyən edilməsi, torpağın rütubət, temperatur, hava rejimi və s. öyrənilməsi zəruridir.
Şöbə əməkdaşları Azərbaycan ərazisində dağ-meşə torpaqlarının genetik xüsusiyyətlərinə, təsnifatına və coğrafi yayılma qanunauyğunluqlarına aid yeni, dərin elmi nəticələr ©İdə etmişlər. Qonur və qəhvəyi, eləcə de san-qonur meşə torpaqlarının genezisi, təsnifatı daha ətraflı öyrənilib, torpaqşünaslıq ədəbiyyatına daxil edilmişdir (H.Ə.Əliyev, M.E.Salayev, Ş.G.Həsənov, E.F.Şərifov, G.A.Salamov, B.İ.Həsənov, B.A.Cəfərov, X.N.Həsənov, Ş.İ.Mirzəyev və b.).
Ötən əsrin 70-ci illərində şöbə institutun ən böyük şöbələrindən birinə çevrilmişdir. Onun tərkibində 5 laboratoriya və Pirqulu elmi stasionar fəaliyyət göstərirdi. Burada aparılan tədqiqatlar və meşə örtüyünün bərpa edilməsində bir sıra nəzəri və təcrübi məsələlərin həllinə imkan vermişdir. Pirqulu stasionarında fasiləsiz olaraq “insan və 9 biosfer” Beynəlxalq proqramı üzrə (MAB) biogeosenoloji müşahidələr aparılmışdır. Aparılmış tədqiqat işlərində iki əsas metodikaya: müqayisəli I coğrafi, stasionar üsullara üstünlük verilmişdir.
Böyük və Kiçik Qafqaz vilayətinin dağ yamaclarında meşələr altında formalaşmış torpaq örtüyü 1 irimiqyaslı (1: 25 000,1:50 000 miqyasda) tədqiq qatlar əsasında xəritələşdirilmiş və tətbiq üçün meşə təsərrüfatlarına təqdim edilmişdir. Bu sahədə 1 Böyük Qafqaz vilayətində aparılmış tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Burada dağ-meşə torpaqlannın yayılma arealları, təsnifatı, torpaq tip və yarımtiplərinin sistematik siyahısı tərtib edilmişdir. Dağ-meşə torpaqlarının şaquli zonallıq qanunlarına uyğun yayılması, genetik, fiziki-kimyəvi xüsusiyyətləri araşdırılmış, onların evolyusiyası və digər məsələlər öyrənilmiş, torpaqlardan səmərəli istifadə məqsədi ilə müxtəlif aqromeşəmeliorasiya tədbirləri hazırlanıb meşə təsərrüfatlarına təqdim edilmişdir.
Aparılmış tədqiqatlar nəticəsində seyrək və az keyfiyyətli meşələrin torpaq örtüyündən asılı olaraq rekonstruksiya yolu ilə daha keyfiyyətli meşələrlə əvəz edilməsi, torpaqların münbitliyinin saxlanılması və artırılması yollan müəyyənləşdirilmişdir.
Meşə torpaqlarının çürüntülü-karbonatlı (H.Ə.Əliyev, X.N.Həsənov) və dağ-çəmən-meşə tipləri daha ətraflı tədqiq edilmiş, bu torpaqların təsnifatı dəqiqləşdirilmiş, əmələgəlmə və yayılma arealları müəyyənləşdirilmişdir. Beləliklə, həmin torpaq tiplərinin Azərbaycan torpaq təsnifatında öz yerini 1 tutması həll edilmiş, həmin torpaqların yanpıtipləri müəyyənləşdirilmişdir. Bu tədqiqatlar nəticə-1 sində meşənin üst sərhədlərində meşəliklərin məhvolma səbəbləri elmi əsaslarla müəyyənləşdirilmiş, onların bərpa edilməsi üçün tədbirlər işlənib hazırlanmışdır.
Kiçik Qafqazın cənub-şərq hissəsində 1700-i 2200 m yüksəkliklərdə, eləcə də Böyük Qafqazın şimal-şərq yamaclarında 1800 (1900) - 2200 m yüksəkliklərdə dağ-çəmən-meşə torpaqlan ətraflı I tədqiq edilmiş, irimiqyaslı xəritələr tərtib olunmuşdur (G.A.Salamov, E.F. Şərifov, Ş.İ.Mirzəyev, Ə.N.Qədiməliyev).
Respublika ərazisində yayılmış seyrək və quraq I ardıc-saqqız meşələri altında formalaşmış torpaq örtüyünün zəif öyrənildiyi nəzərə alınaraq, Böyük və Kiçik Qafqaz dağlarının alçaq dağlıq və dağ- 1 ətəyi ərazilərində coğrafi tədqiqatlarla yanaşı, stasionar işlərin aparılmasına da geniş yer verilmişdir.
Arid meşə və kolluqların torpaqəmələgəlməyə təsiri, coğrafi yayılma arealları, ekoloji şəraiti, genetik xüsusiyyətləri, təsnifatı torpaq tip və yarımtiplərinin sistematik siyahısı, diaqnostik göstəriciləri daha dərindən öyrənilmişdir. Bu tədqiqatlar əsamda həmin ərazilərdə arid seyrək meşə və kolluqların torpaqəmələgəlmədə müstəsna rolu nəzərə alınmış, mövcud meşələrin saxlanılması, onların I realının genişləndirilməsi sahəsində elmi təkliflər kənd təsərrüfatlara təqdim edilmişdir.
Arid meşələrdə aparılmış torpaq tədqiqatları nəfəsində məlum olunmuşdur ki, arid ardıc-saqqız meşə və kolluqlar altında formalaşmış qəhvəyi torpaqlar mezofıl meşəaltı torpaqlardan xeyli fərqlənir Qəhvəyi dağ-meşə torpaqlarının formalaşmasına quraq iqlim, relyef və digər ekoloji şəraitin qarşılıqlı təsiri altında olduğu müəyyənləşdirilmişdir. (H.Ə.Əliyev, Ş.İ.Mirzəyev, S.H.Xəlilov, Ə.N.Qədiməliyev).
Akad. H.Ə.Əliyevin rəhbərliyi altında şimal-şərqi Azərbaycanın arid zonasının dağ yamaclarının yararsız torpaq qrunt şəraiti geniş öyrənilmiş, elə istifadəsiz torpaqlar ilk dəfə olaraq xəritələşdirilmiş, yararsız sayılan torpaqların istifadəsinə və meliorasiyasına dair tədbirlər hazırlanmışdır.
Dağətəyi zonada quraq, istifadəsiz yamaclar, “quruQ meliorasiya vasitəsilə torpaqlardan istifadə yolları stasionar üsullarla müəyyən edilmiş və bunun əsasında elmi təkliflər hazırlanmışdır. “Quru” meliorasiya üsulu ilə respublikanın quraq –bölgələrində aşağı münbitliyi ilə fərqlənən yamacı da müxtəlif tərkibli, quraqlığa davamlı ağac və kollar, habelə qərzəkli meyvə bitkilərinin əkin sahələri yaradılmışdır. (M.Y.Xəlilov, V.R.Rəsulov, Ə.Haşimi, M.S.Həsənli, F.A.Həsənli, İ.Ə.Quliyev, Ə.A.Əliyev və s.).
Meşə torpaqları ilə yanaşı, şöbənin əməkdaşları respublika ərazisində üzüm plantasiyalarına və bağçılığa yararlı torpaqların tədqiqi ilə də məşğul olmuş, Mil, Qarabağ düzlərində, Cəlilabad, Şabran, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Lerik, Yardımlı, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında, Naxçıvan MR-da müxtəlif üzüm sortlarının torpağa münasibəti, aqroekoloji şəraiti ətraflı öyrənilmiş, torpaqlardan səmərəli istifadəyə dair tədbirlər hazırlanmışdır. Bu tədqiqatlar əsasında 50 min hektara yaxın torpaq sahəsi müəyyənləşdirilmiş, yeni üzümçülük rayonlarının yaradılması üçün elmi təkliflər verilmiş, torpaq xəfələri hazırlanmışdır (H.Ə.Əliyev, Ə.Ə.Haşimi, F.A.Həsənli, Ə.Ə.Əliyev, İ.Ə.Quliyev, T.M.Salmanova, R.B.Səmədov).
Akademik H.Ə.Əliyevin rəhbərliyi altında şöbə əməkdaşları tərəfindən Lənkəran təbii sahəsində 190 min ha torpaq tədqiq edilmiş və bununla yanaşı 1:50000 miqyasında torpaq xəritələri tərtib olunmuşdur. Astara, Lənkəran, Lerik, Yardımlı və Masallı meşə təsərrüfatlarının torpaq xəritələri (izahatlarla birlikdə) istifadə məqsədi ilə Meşə Təsərrüfatı Nazirliyinə verilmişdir. Meşə təsərrüfatlarının dövlət meşə fondu ərazisində 30 min ha meşəsiz sahə müəyyənləşdirilmiş və burada sitrus bitkiləri, çay və üzüm plantasiyaları salmaq təklif edilmişdir.
Kürqırağı Tuqay və düzənlik meşələrinin saxlanması, onların sahəsinin artırılması, mühafizəsi ilə əlaqədar olaraq torpaq örtüyünün öyrənilməsinə geniş yer verilmişdir. Bu zonalarda meşə bitkilərinin torpaqəmələgəlməyə təsiri, suvarılan torpaqlarda meşə əkinlərinin artırılması və torpaqqoruyucu meşə mühafizə zolaqlarının salınması məqsədilə tədqiqatlar aparılmış, təsərrüfatlar üçün təkliflər hazırlanmışdır.
Tuqay meşələrinin müasir vəziyyəti və strukturu öyrənilmiş, Mingəçevir su anbarından aşağı ərazilərdə Kür (Kürkəndə qədər) Tuqay meşələrinin (əsasən qovaq meşələrinin) məhv olması və onun kserofıt ağac-kol bitkiləri ilə əvəz edilməsi aşkarlanmışdır (H.Ə.Əliyev, R.M.Gülməmmədov, M.Y.Xəlilov).
Ötən əsrin 60-cı illərindən başlayaraq akad. H.Ə.Əliyevin rəhbərliyi altında Azərbaycanın müxtəlif ərazilərində stasionar tədqiqatlar genişlənmiş və uzunmüddətli kompleks müşahidələrə əsaslanan məlumatlar əldə edilmişdir.
Kompleks stasionar müşahidələr ilk dəfə Pirquluda aparılmağa başlanmışdır. Burada torpaqla meşə bitkiləri arasındakı qarşılıqlı əlaqə və qarşılıqlı təsir, torpaqda iqlim göstəriciləri, lizimetrlə torpağın öyrənilməsi, bioloji aktivlik, bitki örtüyünün fitokütləsi, meşələrdə mineral maddələrin balansı, meşənin bərpası və s. meşə torpaqşünaslığının müasir metodlarla öyrənilməsinə imkan vermişdir. Bu tədqiqatların müxtəlif yüksəkliklərdə fərqli meşə biogenosenozlarında aparılması nəticəsində meşə torpaqşünaslığı sahəsində bir çox nəzəri məsələlər, o cümlədən meşə töküntüsünün təsnifatı (bu, Azərbaycanda ilk dəfə işlənmişdir), kimyəvi elementlərin bitki qalıqlarından ayrılması, torpağın iqlimi, torpağın su rejimi, rütubətlənmə əmsalı, atmosfer çöküntülərinin maddələrin bioloji dövranında rolu və s. ətraflı öyrənilmiş, lazımi məlumatlar əldə edilmişdir (H.Ə.Əliyev, X.H.Həsənov, B.X.İsmayılov və s.).
Bilavasitə çoxillik stasionar tədqiqatlar əsasında meşələrin torpaq proseslərinə təsiri ümumiləşdirilmiş, monoqrafiya və elmi məqalələrdə öz əksini tapmışdır (H.Ə.Əliyev, X.N.Həsənov).
Stasionar tədqiqatlar respublika ərazisinin digər sahələrində də aparılmış və meşə torpaqşünaslığının əsas məsələlərini araşdırmağa imkan vermişdir. 1958-1959-cu illərdə Zaqatala Dövlət Təbiət Qoruğunda (B.A.Cəfərli), 1960-1965-ci illərdə Kiçik Qafqazın şərq yamaclarında (E.F.Şərifov), 1965-1990-cı illərdə Kiçik Qafqazın cənub-şərq hissəsində - Həkəri, Oxçuçay hövzələrində (Ş.İ.Mirzəyev), 1961-1968-ci illərdə Qarabağ düzünün Sultanbud meşələrində (R.M.Gülməmmədov), 1968-ci illərdə Böyük Qafqazın şimal-şərq yamaclarında (İ.Mehrəliyev), 1967-1972-ci illərdə Böyük Qafqazın-cənub yamaclarında (G.A.Salamov), 1970-ci illərdə Böyük Qafqazın cənub yamacı və Acınohurda (M.Y.Xəlilov), 1973-cü ildə Türyançay qoruğunda (S.H.Xəlilov) və 1980-1983-cü illərdə Böyük Qafqazın şimal-şərq yamaclarında (Ə.H.Qədiməliyev), 1978-1982-ci illərdə Acınohurda G.R.Allahverdizadə yarımstasionar müşahidələr aparılmışdır.
Müxtəlif yüksəkliklərdə dağ yamaclarında fıstıq, palıd-vələs meşələrində və eləcə də qarışıq meşələrdə, arid ardıc-saqqız və düzən (Tuqay) meşəliklərində aparılan stasionar və yarımstasionar uzunmüddətli müşahidələr əsasında dağ-meşə torpaqlarının rütubət rejimi, meşə töküntüsünün ehtiyatı, döşənəyin miqdarı və parçalanması, meşəaltı ot bitkisinin, yaşıl yarpağın kül tərkibi müasir metodlarla öyrənilmişdir (Kiçik Qafqazın cənub-şərq hissəsində 400-2200 m, Böyük Qafqazın şimal- şərq yamaclarında isə 900-2300 m yüksəkliklərdə).
Şöbə əməkdaşları tərəfindən aeroloji və fitosenoloji sahələrdə aparılan tədqiqatlar nəticəsində respublikanın müxtəlif dağ regionlarında ayrı-ayrı meşə edifikatorlarının arealı, onların yaratdığı populyasiya və fitosenozların yayılma qanunauyğunluqları, meşə örtüyünün, həmçinin meşənin antropogen dinamikasının istiqamətləri aşkar edilmişdir. Əldə edilmiş çöl tədqiqatları materialları biocoğrafiyanın tətbiqi istiqamətinə yönəldilmişdir. Dağ rayonları üçün meşənin ilkin və müasir vəziyyətini əks etdirən xəritələr tərtib olunmuş və bu xəritələr əsasında həmin regionlar üçün müasir bitki örtüyündən səmərəli istifadə etmək, onun məhsuldarlığını artırmaq, qoruyucu funksiyasını yüksəltməyə dair tədbirlər sistemini göstərən xəritə-sxemlər hazırlanmışdır.
Böyük Qafqazın cənub yamaclarında İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ərazisində yayılan meşələrdə G.A.Salamovun uzun illər apardığı tədqiqatlar ona dağ-meşə torpaqlarının coğrafi yayılma qanunauyğunluqlarının, meşələrin tipindən asılı olaraq torpaqların genezisində təzahür edən əlamətləri ətraflı təhlil etmək imkanı vermişdir. O, region və ayrı-ayrı meşə təsərrüfatları üçün iri miqyaslı xəritələr tərtib etmişdir.
Şöbə əməkdaşları akad. H.Ə.Əliyevin rəhbərliyi ilə Beynəlxalq Bioloji Proqramın (BBP) (1964-4 1974) həyata keçirilməsində fəal iştirak etmişlər! Bu istiqamətdə aparılmış tədqiqatların ümumiləşdirilmiş nəticələri elmi toplularda vaxtaşırı çap olunmuşdur. BBP-nin materialları əsasında şöbənin əməkdaşları Sankt-Peterburq (keçmiş Leninqrad) (1966-1967), Moskva (1969) və Alma-Ata (1971) şəhərlərində keçirilmiş ümumittifaq qurultaylarında, simpoziumlarında məruzələrlə çıxış etmişlər (H.Ə.Əliyev, X.N.Həsənov).
BMT-nin xətti ilə aparılan “İnsan və biosferi” proqramı üzrə də hərtərəfli elmi-tədqiqat işləri həyata keçirilmiş, meşə və torpaq örtüyündən səmərəli istifadə edilməsi kimi vacib məsələlərin həllinə geniş yer verilmişdir.
Şöbədə uzun illər səmərəli elmi fəaliyyəti nəticəsində akad. H.Ə.Əliyev özünün iki cildlik “Böyük Qafqazın torpaq örtüyü” monoqrafiyasını yazmışdır. Əsərdə dağlıq ərazilərdə ümumi torpaqəmələgəlmə şəraitinin qanunauyğunluqları, ərazinin bioiqlim xüsusiyyətlərindən asılı olaraq dağ-çəmən, meşə-çəmən, meşə, meşə-çöl və quru bozqır zonalarının torpaq örtüyü, onların genetik təsnifatı, meşə və bozqır torpaqlarının təkamülü təbii və antropogen faktorların müasir torpaq örtüyünə təsiri, keçmiş meşə landşaftının bərpası üçün torpaqların səmərəli istifadə məsələləri öz təhlilini tapmışdır.
Akad. H.Ə.Əliyevin yazdığı “Həyəcan təbili” kitabı respublikada təbiətin qorunması istiqamətində yazmış dəyərli bir əsər və fəaliyyət proqramı idi. Əsərdə müəllif ayrı-ayrı təbii komponentlərin: meşənin, suyun, torpağın, heyvanat aləminin qorunmasının nəzəri və praktiki əsaslarının təhlilini vermiş, nadir bitki və heyvanların mühafizə olunması və artırılması məqsədilə qoruq və Milli parkların yaradılması fikrini irəli sürmüşdür.
Ötən əsrin 70-80-ci illərində şöbədə aparılan elmi-tədqiqat işləri fonunda kadr hazırlığına da xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə böyük zəhməti olan akad. H.Ə.Əliyevin və prof. F.Hacıyevin xidmətlərini xüsusi ilə qeyd etmək lazımdır.
80-ci illərdə şöbədə aparılan elmi tədqiqat işlərinin istiqamətinə uyğun olaraq N.N.İsmayılov, Ə.N.Qədiməliyev, G.R.Allahverdizadə, A.Y.Tahirov, M.Ə.Məmmədov arid meşələrdə apardıqları torpaq tədqiqatları, H.Ə.Əliyev, F.A.Həsənli torpaq-ekoloji və torpaqlardan səmərəli istifadə edilməsi, B.X.İsmayılov torpaq və ağac bitkiləri arası əlaqə, İ.Ə.Quliyev, T.X.Şükürov torpaqların xlor üzvi, fosfor üzvi birləşmələrlə və ağır metallarla çirklənməsi və ağır metallarla çirklənməsi istiqamətində dissertasiya müdafiə etmişlər.
Torpaq coğrafiyası sahəsində H.Ə.Əliyev, M.E.Salayev, Q.Ş.Məmmədov, M.P.Babayev və b. redaktəsi ilə 1994-cü ildə hazırlanıb çap üçün xəritə fabrikinə təqdim edilən 1:100 000 miqyaslı Dövlət» Torpaq Xəritəsi Azərbaycan torpaqşünaslığı sahəsində ən dəyərli iş kimi qiymətləndirilir. 86 planşetdən ibarət olan qiymətli elmi material respublikada aparılan bütün torpaq-coğrafi tədqiqatların nəticələrinə, müxtəlif miqyasda tərtib olunmuş xəritələrə əsaslanaraq yaradılmışdır. Demək olar ki, bu xəritənin tərtib olunması ölkəmizdə torpaq coğrafiyası və torpaqların genezisi barədə olan əksər fikir ayrılığına son qoydu.
Şöbə əməkdaşları apardıqları elmi-tədqiqat işlərini uzun illər Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər təşkilatlarla şıx əlaqə şəraitində qurmuş, təsərrüfatlara elmi təkliflərini vermişlər. Şöbədə yerinə yetirilən elmi tədqiqat işləri respublikanın meşə, üzümçülük təsərrüfatlarında, dövlət təbiət qoruqlarında uğurla tətbiq edilmiş, yüksək nəticələr alınmışdır.
Akad. H.Ə.Əliyevin bilavasitə elmi rəhbərliyi altında şöbə əməkdaşları respublika torpaqşünaslıq elminin inkişafinda və bu elmin istər dünya və istərsə də keçmiş SSRİ miqyasında nailiyyətlərinin nümayiş olunmasında bütün imkanlardan istifadə etmişlər. Belə tədqiqatçıların nəticələri xarici ölkələrdə, o cümlədən ABŞ, Almaniya, Hindistan, Kanada, keçmiş SSRİ-in əksər böyük şəhərlərində keçirilən torpaqşünasların ümumittifaq qurultay və konqreslərində aktual elmi axtarışlar kimi qəbul olunmuşdur.
Akad. H.Ə.Qliyevin qoyub getdiyi bu məktəb öz ənənəsinə sadiq qalaraq bu gün də elmi fəaliyyətini davam etdirir. Son illər bu fəaliyyətin əsas istiqaməti aid və semiarid ərazi torpaqlarının deqradasiyası, səmərəli istifadəsi, meşə-torpaq arası əlaqə məsələlərinin tədqiqinə yönəlmiş və maraqlı elmi nəticələr əldə olunmuşdur.
"Elm və Həyat" jurnalı, №2,3. 2017.
İsmayıl Quliyev
AMEA akad.H. Ə. Əliyev adına
Coğrafiya İnstitutunun
Torpaq coğrafiyası şöbəsinin müdiri
13534