“AZƏRBAYCAN COĞRAFİYA ELMİNİN İNKİŞAFINDA AKADEMİK B.Ə.BUDAQOVUN ROLU” ADLI YENİ KİTAB ÇAPDAN ÇIXIB

 Görkəmli coğrafiyaşünas alim, akademik Budaq Budaqovun 90 illik yubileyi münasibətilə AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun “Azərbaycan coğrafiya elminin inkişafında akademik B.Ə.Budaqovun rolu”  adlı yeni kitabı  çapdan çıxıb.

Kitab c.ü.e.d. Hüseyn Xəlilovun redaktorluğu ilə “Təhsil” nəşriyyatında işıq üzü görüb.

Coğrafiya İnstitutu Təhsil şöbəsinin böyük elmi işçisi, c.ü.f.d. Flora Məmmədova müəlliminə həsr etdiyi monoqrafiyada akademik B.Ə.Budaqovun elmi yaradıcılığının əsas istiqamətlərini (geomorfologiya, landşaftşünaslıq, qlasiologiya, neotektonika, toponimika, ekologiya) geniş təhlil etmiş, onun Azərbaycan elm və təhsilinin inkişafındakı rolunu ilk dəfə kompleks şəkildə araşdıraraq sistemləşdirmişdir.

Kitab Yer elmləri sahəsində çalışan mütəxəssislər, tədqiqatçılar, universitetlərin müvafiq fakültələrinin müəllim və tələbələri, ümumiyyətlə, elm tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

18205
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic