“ÜMUMİ YERŞÜNASLIQ” ADLI YENİ KİTABI ÇAPDAN ÇIXIB
30 Sentyabr 2018
Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü Starə Tarixazərin “Ümumi yerşünaslıq” adlı yeni kitabı (rus dilində) çapdan çıxıb. Kitabın baş elmi redaktoru akademik Akif Əlizadə, elmi redaktoru akademik Ramiz Məmmədovdur.
Çoxlu sayda şəkil, cədvəl, xəritələrlə müşayiət olunan dərs vəsaiti 426 səhifədən, 6 hissədən və 20 fəsildən ibarətdir. Dərslikdə ümumi yerşünaslığın obyekti və vəzifələri nəzərdən keçirilir. Yer kürəsinin quruluşu və yaranma şərtləri, həmçinin coğrafi təbəqə - geosferin xüsusiyyətləri haqqında məlumat verilir. Burada Günəş sisteminin yaraması, litosfer, yer kürəsinin relyefi, relyef əmələgətirən endogen və ekzogen proseslər, atmosfer, hidrosfer, qurunun suları, biosfer, torpaq örtüyü, ətraf mühitin mühafizəsi və s. haqqında geniş məlumat almaq mümkündür.
Dərs vəsaiti ali məktəblərin coğrafiya fakültəsində təhsil alan tələbə və doktorantlar, müəllimlər, eləcə də xüsusi ixtisas təhsili olmayan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.  17181
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|