ABŞERON MİLLİ PARKINA SƏFƏR BAŞ TUTMUŞDUR

14 Aprel 2019
13 aprel 2018-ci ildə Azərbaycan Coğrafiya Cəmiyyətinin bir qrup üzvü Abşeron Milli Parkında olmuşlar. Səfərin əsas məqsədi milli parkın landşaftı, canlı aləmi, o cümlədən, fauna və flora növləri ilə tanışlıq, ekoturizm imkanlarının öyrənilməsi olmuşdur. 
Qeyd edək ki, Abşeron Milli Parkı Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 08 fevral tarixli Sərəncamı ilə yaradılmışdır. Abşeron yarımadasının cənub-şərq qurtaracağında - Şah Dili ərazisində yerləşən parkın ümumi sahəsi 783 ha-dır. Milli Parkın yaradılmasında məqsəd ətraf mühitin mühafizəsi, səmərəli istifadə edilməsi, nadir flora və fauna növlərinin qorunub saxlanılması, ekoturizmin inkişaf etdirilməsi, turizm və rekreasiya zonalarının yaradılması, əhalinin ekoloji maarifləndirilməsi və s. təmin edilməsidir.

 
     

     

     


 
1090
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic