“XXI ƏSRDƏ EKOLOGİYA VƏ TORPAQŞÜNASLIQ ELMLƏRİNİN AKTUAL PROBLEMLƏRİ” ADLI ELMİ KONFRANS

06 May 2019
3-4 may 2019-cu il tarixlərində Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunmuş “XXI əsrdə ekologiya və torpaqşünaslıq elmlərinin aktual problemləri” adlı VIII Respublika elmi konfransı keçirilmişdir.

Plenar iclası giriş sözü ilə açan BDU-nun Elm və innovasiyalar üzrə prorektoru, professor Aydın Kazımzadə Ekologiya və torpaqşünaslıq fakültəsinin əldə etdiyi elmi uğurlardan, konfransa təqdim edilən məqalələrin əhəmiyyətindən danışıb, konfransın işinə uğurlar arzulamışdır. Daha sonra Coğrafi ekologiya kafedrasının müdiri professor Şövqi Göyçaylı “Azərbaycan ekologiyası son 100 ildə, XXI əsrə baxış”, Torpaqşünaslıq kafedrasının müdiri akademik Qərib Məmmədov "Azərbaycanın ekoetik problemləri" mövzularında məruzələr ilə çıxış ediblər.

Qeyd edək ki, konfransda Azərbaycan Coğrafiya Cəmiyyətinin üzvü, ADPU-nun Tarix  və Coğrafiya fakültəsinin Coğrafiya müəllimliyi ixtisasının  tələbəsi Elsevər Cəlilov radioaktiv çirklənmə mövzusunda tezis və  təqdimatla çıxış  etmiş, alimlərin suallarını cavablandırmışdır. Gənc üzvümüz BDU-nun Ekologiya və torpaqşünalıq fakültəsinin dekanı, professor Nazim Şəmilov tərəfindən sertifikatla təltif edilmişdir. 


 
    

    
619
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic