ADPU TƏLƏBƏLƏRİNİN "AZƏRKOSMOS" ASC-NİN ƏSAS YERÜSTÜ PEYK İDARƏETMƏ MƏRKƏZİNƏ EKSKURSİYASI

08 May 2019
Mayın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyinin dəstəyi, ADPU Tələbə Gənclər Təşkilatı (TGT), Tarix və Coğrafiya fakültəsi (TCF) və Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU filialının birgə təşkilatçılığı ilə tələbələrin "Azərkosmos" ASC-nin Bakı ətrafında yerləşən Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzinə ekskursiyası təşkil edilib. Ekskursiyada fakültənin ACC üzvü olan Coğrafiya müəllimliyi ixtisasının 30 tələbəsi, dekan müavini, ACC-nin vitse-prezidenti, dosent Mətanət Əsgərova, ADPU TGT sədr müavini Taleh Mirzəyev, fakültənin Ümumi Coğrafiya kafedrasının baş lobarantı Qənirə Cabbarova və müəllimi İlhamə Qəribova iştirak edib.

Ekskursiya çərçivəsində iştirakçılar "Azərkosmos ASC" -nin peşəkar bələdçiləri tərəfindən Yerüstü Peyk İdarəetmə Mərkəzinin inzibati binası, əməliyyat otağı, təlim və inkişaf mərkəzi, milli peyklərimizlə əlaqəni təmin edən peyk antenləri meydançası ilə tanış olub, onlara "Azərkosmos" ASC-nin kosmik bilik və bacarıqları təşviq edən sosial layihələri, peyk təsvirləri, rəqəmsal xəritələrin alınması və s. haqda geniş məlumatlar verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb. Daha sonra mərkəzin "Tusi zalı"nda əməkdaşlar tərəfindən iştirakçılar üçün Azərbaycanın kosmik sənayesi, Azərkosmos, kosmik peyk sistemləri və  milli peyklərimiz haqda əhatəli təqdimat keçirilib.

Sonda dosent Mətanət xanım Əsgərova mərkəzin xatirə kitabına öz təəssüratlarını qeyd edib. Tələbələr və müəllimlər olduqca məhsuldar ekskursiyadan razı qalıb, belə tədbirlərin daha böyük çərçivələrdə reallaşdırılmasının vacibliyi vurğulanıb. Xatirə şəkli çəkdirilib.

 
ADPU, Taleh MİRZƏYEV
 
        

             
 
542
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic