ALİMİMİZ BEYNƏLXALQ MEMORANDUMA İMZA ATIB

04 Dekabr 2018

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov dekabrın 6-dan 10-dək Çin Xalq Respublikasında ezamiyyətdə olub.

M.Həsənov  Quancjau şəhərindəki Sun Yat-sen Universitetində Çin Coğrafiya Cəmiyyətinin və Sun Yat-sen  Universiteti Coğrafiya və Planlaşdırma Məktəbinin təşkilatçılığı ilə 22 Asiya ölkəsinin iştirak etdiyi «Asiyanın inkişafı və bizim Coğrafiyamız» mövzusunda keçirilən 4-cü Asiya Coğrafiya Konfransında (AGC-2018) ölkəmizi təmsil edib.

«Azərbaycan, AMEA Coğrafiya İnstitutu və Azərbaycan Coğrafiya Cəmiyyəti» adlı məruzə ilə çıxış edən təmsilçimiz Azərbaycanın coğrafi mövqeyi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində respublikamızın yeri, ölkənin təbii ehtiyatları, iqlim şəraiti və iqlim dəyişmələri, landşaftı, son illər ərzində İnstitut əməkdaşları tərəfindən tərtib edilərək çap olunmuş xəritə, atlas və kitablar haqqında geniş məlumatı diqqətə çatdırıb. O həmçinin, mənfur qonşular  tərəfindən işğal olunmuş ərazilərimiz, orada törədilən vəhşiliklər - yanğınlar, meşələrin qırılması, ekoloji şəraitə vurulan ziyanlar və s. kimi məsələlərə  də toxunub.

Tədbirin sonunda tədbir iştirakçıları Asiya Coğrafiya Cəmiyyətləri Assosiasiyasının yaradılması haqqında memorandum imzalayıblar və bu  barədə kütləvi informasiya vasitələrinə, eləcə də Beynəlxalq Coğrafiya İttifaqına məlumat verilib.

Çox böyük müvəffəqiyyətlə keçən konfransın işində Yaponiyanın Xokkaydo Universitetinin professoru, Beynəlxalq Coğrafiya İttifaqının Prezidenti Yukio Himiyama da iştirak edib.

8154
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic