ADPU-DA AKADEMİK QƏRİB MƏMMƏDOVUN USTAD DƏRSİ

24 May 2019
Mayın 23-də Azəraycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsi və Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU Filialının birgə təşkilatçılığı ilə ADPU-nun  Cografiya-biologiya fakültəsinin məzunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) aqrar məsələlər üzrə müşaviri, Bakı Dövlət Universitetinin (BDU) Torpaqşünaslıq kafedrasının müdiri, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun (TAİ) Torpaqların aqroekologiyası və bonitirovkası şöbəsinin müdiri akademik Qərib Məmmədov ADPU-nun Tarix və Coğrafiya fakültəsinin professor-müəllim heyəti və tələbələri üçün “Coğrafi İnfortmasiya Sistemləri (CİS) əsasında interaktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibi” mövzusunda ustad dərsi keçib. 

Dərsdə fakültənin  dekan müavini, dosent Mətanət Əsgərova, Ümumi Cografiya kafedrasının müdiri, professor Məhəmməd Abduyev, dosent Nurəddin Uluxanlı və  kafedranın digər əməkdaşları, AMEA-nın müxbir üzvü, Ümumi Tarix kafedrasının müdiri  akademik Vəli Əliyev, AMEA TAİ-nin aparıcı  elmi işçisi Divanxan Əhədov, “Geodeziya və Kartoqrafiya MMC”-nin şöbə müdiri,  AMEA  TAİ-nin elmi işçisi Əli Miriyev, AMEA TAİ-nin elmi işçisi, BDU-nun dissertantı Nərmin Nəcəfova, AMEA  TAİ-nin elmi işçisi Nərmin Əlisoy, o cümlədən  fakültənin ACC üzvü olan aktiv tələbələri iştirak edib.

Giriş sözüylə çıxış edən dosent Mətanət Əsgərova akademiki salamlayaraq  bugünkü ustad dərsinin fakültə əməkdaşları və tələbələri üçün böyük bir fürsət olduğunu vurğulayıb. Ardınca istedadlı tələbələr akademik Qərib Məmmədovun həyatı, elmi və elmi- pedaqoji fəaliyyəti, xəritə və atlasları, dərs vəsaitləri haqda təqdimatla çıxış ediblər. 

Akademik öz dərsində CİS, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsinin tərtibinin əsas xüsusiyyətləri, torpaq xəritəsinin tərtibinin prinsipləri, o cümlədən interaktiv torpaq xəritələrinin, CİS əsasında torpaq və ekoloji qiymətləndirmə xəritəsinin  və qeyd olunan mövzu ilə əlaqədar metodik göstərişin hazırlanması haqqında məlumat verib. İlk dəfə olaraq hazırlanmış interaktiv elektron torpaq və ekoloji qiymətləndirmə  xəritələrini illüstrativ material kimi nümayiş etdirib.

Dərsdən sonra akademik Vəli Əliyev, dosent Nurəddin Uluxanlı, professor Məhəmməd Abduyev, dosent Mətanət Əsgərova, baş müəllim İlhamə Qəribova, o cümlədən tələbələrdən Aysun Hacıbəyli mövzu haqda fikirlərini bildirib, onları maraqlandıran suallar cavablandırılıb. 

Sonda il ərzində ACC-nin fəaliyətində və fakültənin mədəni-kütləvi həyatında xüsusi fərqlənən tələbələr ACC və fakültə rəhbərliyinin təşəkkürnamələri ilə təltif edilib, xatirə şəkili çəkdirilib.

 
ADPU-nun İctimaiyətlə Əlaqələr və marketinq şöbəsi
 
     

      

 


 
7587
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic