ACC ƏMƏKDAŞI XƏRƏ ZİRƏ ADASINDA EKSPEDİSİYADA OLUB

ACC-nin üzvü, "Təbii Resurslar" jurnalının tərtibatçısı  Emil Cəbrayılov mayın 22-dən 25-dək AMEA Rəyasət Heyətinin qərarına uyğun olaraq Zoologiya İnstitutunun Xərə Zirə adasına təşkil etdiyi  ekspedisiyada iştirak edib. Bakı və Abşeron arxipelağı adalarının kompleks tədqiqinə həsr edilmiş elmi ekspedisiyada  Coğrafiya İnstitutu ilə yanaşı, AMEA-nın Torpaqşünaslıq və Aqrokimya, Geologiya və Geofizika, Neft-Qaz İnstitutlarının alim və mütəxəssisləri, eləcə də  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak ediblər.

E.Cəbrayılov Xərə Zirə adasının ucqar nöqtələri, sahil xətti, dalğaların yaratdığı relyef formaları, ərazinin morfometrik göstəriciləri, palçıq vulkanı elementlərini tədqiq etmiş, iqlim ölçmələri aparmışdır. Təmsilçimiz ərazinin mənimsənilməsi imkanlarını araşdırmış, müşahidə olunan antropogen pozulmaların aradan qaldırılması üçün sahillərdə və yaxın akvatoriyada təmizlənmə işlərinin aparılmasına ehtiyac duyulduğunu müəyyən etmişdir.

   

4565
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic