HEYVANDARLIĞIN ƏRAZİ TƏŞKİLİNƏ DAİR YENİ NƏŞR
Akademik Ramiz Məmmədovun elmi redaktorluğu, coğrafiya üzrə fəlsəfə doktoru Firuzə Cəfərovanın müəllifliyi ilə AMEA akad. H.Əliyev adına Coğrafiya İnstitutunun “Böyük Qafqazın Azərbaycan ərazisi daxilində heyvandarlığın ərazi təşkili” adlı yeni nəşri çapdan çıxıb.
Üç fəsildən ibarət monoqrafiyada heyvandarlığın ərazi təşkili və öyrənilməsinin nəzəri-metodiki əsasları, Azərbaycanda heyvandarlığın tarixi-coğrafi inkişaf mərhələləri, heyvandarlığın müasir ərazi təşkili və s. tədqiq edilmiş, bir sıra əməli təkliflər irəli sürülmüşdür.
Kitab ali məktəblərin tələbə və müəllimləri, aidiyyatı üzrə mütəxəssislər üçün nəzərdə tutulub. Monoqrafiyanın materiallarından “Azərbaycanın iqtisadi coğrafiyası” və “Kənd təsərrüfatı coğrafiyası” fənlərinin tədrisində, eləcə də dövlət proqramlarının hazırlanmasında istifadə oluna bilər. 8969
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|