TƏBİİ FƏLAKƏTLƏRƏ DAİR YENİ NƏŞR ÇAPDAN ÇIXIB

AMEA ak.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun akademik Ramiz Məmmədovun baş redaktorluğu və coğrafiya elmləri doktoru, professor Nəriman Paşayevin müəllifliyi ilə “Azərbaycan Respublikasında təbii fəlakətlərin təsərrüfata təsirinin iqtisadi-coğrafi qiymətləndirilməsi” adlı yeni nəşri çapdan çıxıb.

Monoqrafiyada təbii fəlakətlərin (TF) iqtisadi-coğrafi baxımdan öyrənilməsinin nəzəri və metodoloji əsasları, respublika ərazisində yayılan əsas TF, onların baş vermə səbəbləri, vurduqları ziyanlar, qarşısı alınma tədbirləri tədqiq olunub. Monoqrafiyada, həmçinin, TF-in sənaye, kənd təsərrüfatı, turizm və nəqliyyat-kommunikasiya sisteminə təsiri öyrənilmiş, iri miqyaslı xəritələr hazırlanmış, mübarizə tədbirlərinin təkmilləş­dirilməsi əsaslandırılmışdır.

Coğrafiyaçılar, iqtisadçılar, ekoloqlar və s. sahələrin mütəxəssisləri üçün nəzərdə tutulmuş monoqrafiyanın materialları, əldə edilmiş nəticə, təklif və tövsiyələr, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat və digər müvafiq nazirlik və təşkilatların struktur bölmələrində, respublika əhalisinin və təsərrüfat sahələrinin TF-in təsirindən müdafiəsində və düzgün idarə olunmasında istifadə oluna bilər.

4620
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic