TORPAQ İDARƏÇİLİYİNƏ DAİR KONFRANSIN MATERİALLAR TOPLUSU NƏŞR EDİLİB

Kitabda 2018-ci il mayın 7-də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının, o cümlədən Coğrafiya İnstitutu alimlərinin iştirakı ilə birgə keçirilmiş konfransın materialları toplanıb. Konfrans Azərbaycan xalqının ümummilli lideri H.Ə.Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuşdur. Əsərlər toplusunda Azərbaycanda müstəqillik illərində həyata keçirilən torpaq islahatının nəticələri təhlil edilir, torpaqlardan istifadənin müasir vəziyyəti araşdırılır, ölkədə aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri, torpaq idarəçiliyində istifadə istiqamətləri müəyyənləşdirilir, kənd təsərrüfatının ərazi təşkilində olan problemlərin aradan qaldırılmasının elmi əsasları göstərilir.

Kitabın baş redaktorları AR ƏMDK-nın sədri K.Ə.Həsənov və AMEA-nın prezidenti, akademik A.A.Əlizadə, elmi redaktoru Cİ-nin direktoru, akademik R.M.Məmmədov, buraxılışına məsullar  Cİ-nin əməkdaşları - istiqamət rəhbəri, c.ü.e.d. Z.N.Eminov və direktor müavini, dosent M.S.Həsənovdur.

8937
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic