Cİ-NİN “ÜMUMİ YERŞÜNASLIQ” ADLI YENİ KİTABI ÇAPDAN ÇIXIB

AMEA ak. H.Ə.Əliyev adına Coğrafiya institutunun “Ümumi yerşünaslıq” adlı yeni nəşri (rus dilində)  çapdan çıxıb.

Cİ “Geomorfologiya və təbii risklər” şöbəsinin aparıcı elmi işçisi, c.ü.f.d., dos. Starə Tarixazərin müəllifi olduğu  kitabın baş elmi redaktoru akademik Akif Əlizadə, elmi redaktoru akademik Ramiz Məmmədovdur.

Çoxlu sayda şəkil, cədvəl, xəritələrlə müşayiət olunan dərs vəsaiti  426 səhifədən, 6 hissədən və 20 fəsildən ibarətdir.  Dərslikdə  ümumi yerşünaslığın obyekti və vəzifələri nəzərdən keçirilir. Yer kürəsinin quruluşu və yaranma şərtləri, həmçinin coğrafi təbəqə -  geosferin xüsusiyyətləri haqqında məlumat verilir. Burada Günəş sisteminin yaraması, litosfer, yer kürəsinin relyefi, relyef əmələgətirən endogen və ekzogen proseslər, atmosfer, hidrosfer, qurunun suları, biosfer, torpaq örtüyü, ətraf mühitin mühafizəsi və s. haqqında geniş məlumat almaq mümkündür.

Dərs vəsaiti  ali məktəblərin coğrafiya fakültəsində  təhsil alan tələbə və doktorantlar, müəllimlər, eləcə də  xüsusi ixtisas təhsili olmayan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

9066
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic