Cİ-NİN NÖVBƏTİ YENİ NƏŞRİ ÇAPDAN ÇIXIB
AMEA ak.H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun “Azərbaycanda yüngül sənayenin ərazi təşkili problemləri” adlı yeni kitabı çapdan çıxıb.
Akademik Ramiz Məmmədovun baş redaktorluğu ilə nəşr olunan, Cİ İnsan coğrafiyası istiqaməti əməkdaşlarının yazdığı kitabda Azərbaycanın təsərrüfat strukturunda yüngül sənayenin yeri, onun yerləşməsinin əsas prinsipləri, tarixi dövrlər ərzində yüngül sənayenin inkişafının əsas mərhələləri iqtisadi-coğrafi baxımdan araşdırılmış, eləcə də yüngül sənaye obyektlərinin ərazi təşkilinə kənd təsərrüfatının təsiri və sahənin aqrar sənaye kompleksində yeri öyrənilməklə, onun təbii və kimyəvi xammal bazası geniş təhlil edilmişdir. Bununla yanaşı, yüngül sənayenin müasir inkişaf xüsusiyyətləri və sahə strukturu, ərazi təşkilinin regional-coğrafi problemləri elmi-nəzəri və metodiki əsaslarla qiymətləndirilmişdir.
Kitab iqtisadi və sosial coğrafiya ixtisası üzrə təhsil alan ali məktəb tələbələri (bakalavr və magistr), bu sahədə tədqiqat aparan alim və mütəxəssislər, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 8696
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|