ZABİT ALLAHVERDİYEVİN “XƏZƏR DƏNİZİNİN ÇOXİLLİK HİDROMETEOROLOJİ DƏYİŞKƏNLİYİ” ADLI MONOQRAFİYASI ÇAPDAN ÇIXIB.

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri çapdan çıxıb.

Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, c.ü.f.d. Zabit Allahverdiyevin “Xəzər dənizinin çoxillik hidrometeoroloji dəyişkənliyi” adlı monoqrafiyasında müasir iqlim dəyişmələrinin Xəzər dənizinin hidrometeoroloji şəra­itinə təsiri tədqiq edilmişdir. İqlim sisteminin təyini, onun müvəqqəti dəyişməsinin miqyası, mexanizmi, səbəbləri, gözlənilən dəyişiklikləri, adaptasiya və zəiflik məsələləri haqqında elmi bilgilər verilmişdir. Əsərdə 1961-2010-cu illəri əhatə edən dövrdə qlo­bal iqlim dəyişmələrinin Xəzər dənizinin hidrometeoroloji şəraitinə, əsasən də havasının temperaturuna, atmosfer yağıntılarının paylanmasına, səth sularında temperaturun və duzluluğun paylanmasına təsiri təhlil edilib.

Kitab hidrometeorologiya ixtisası üzrə təhsil alan bakalavr, magistr, dokto­rantlar və müvafiq ixtisaslı elmi işçilər üçün nəzərdə tutulmuşdur.

9111
BİZİ İZLƏ
TƏQVİM
PrevNext
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
25262728293031
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic