MDU-DA NƏŞR OLUNUB

Moskva Dövlət Universitenin “MAKSPRESS” nəşriyyatı AMEA H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü, professor Elbrus Əlizadənin və institutun coğrafiya üzrə fəlsəfə doktoru, dosent Sitarə Tarixazərin “Böyük Qafqazda ekogeomorfoloji təhlükə və risk (Azərbaycan daxilində)” adlı monoğrafiyasını çapdan buraxıb.

Nəşrdə Böyük Qafqazda təhlükəli təbii və antropogen geomorfoloji proseslərin inkişafı, onların qiymətləndirilməsi və yaranan riskin idarə olunması ilə bağlı ekogeomorfolojı problemlər geniş əhatə olunub, təhlükə və risklərə görə tədqiq olunan ərazinin ekogeomorfolojı rayonlaşdırılması aparılıb. Əsərdə ekogeomorfosistemlərə antropogen təzyiq və onun nəticəsi olaraq müasir landşaft-geomorfolojı geosistemlərin transformasiyasına xüsusi diqqət verili, sürüşmə, uçqun, sel və s. kimi təhlükəli geomorfolojı proseslərin mənşəyi, dinamikası, ərazi üzrə yayılması və nəticələri təhlil olunur. Təhlükə və risklərin artdığı şəraitdə dağ geosistemlərinin dayanıqlı inkişafının müasir metod və üsullarla tədqiqi problemi təhlil edilir. 
Monoqrafiya geomorfoloqiya, geoloqiya, ekogeomorfoloqiya, landşaftşünaslıq üzrə, o cümlədən, dağlıq ərazilərin mənimsənilməsi ilə maraqlanan mütəxəssislər, ali məktəblərin müəllim və tələbələri üçün nəzərdə tutulmuşdur.
4030
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic