ELMLƏR DOKTORU SU İLƏ BAĞLI MƏSLƏHƏTLƏŞMƏ FORUMUNDA İŞTİRAK EDİB

Coğrafiya elmləri doktoru Nəriman Paşayev  yanvarın 31-də keçirilən "Şərq Tərəfdaşlığı üçün Avropa Ittifaqının Su Təşəbbüsü Plyus" (AİST +) layihəsi mütəxəssislərinin toplantısında iştirak edib.

40 nəfərdən ibarət layihə  mütəxəssisi və su sahəsi ilə bağlı olan fəalın cəmləşdiyi bu  məsləhətləşmə forumunda suyun keyfiyyətinin təminatı sahəsində olan əsas problemlər, su resurslarının bölüşdürülməsi, içməli suyun təhlükəsizliyi, çirklənmənin azalması və insanların sağlamlığının təmin edilməsi kimi məsələlər  müzakirə olunub. Görüşün nəticələri  çay hövzəsi planı hazırlanmasının növbəti mərhələsində, hədəflərin dəqiqləşdirilməsində və onlara nail olmaq üçün lazım olan tədbir və fəaliyyətlərin müəyyənləşdirilməsində nəzərə alınacaqdır.

91
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic