ALİMLƏRİMİZ MOSKVADA XƏZƏR MÖVZUSUNDA DƏYİRMİ MASADA İŞTİRAK EDİBLƏR

ACC prezidenti, akademik R.Məmmədov 28-29 noyabr 2018-ci il tarixində Rusiyanın paytaxtı Moskva şəhərində Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunda “Xəzər dənizinin gələcəyi: Elmi layihələr və tədqiqatlar” mövzusunda beynəlxalq dəyirmi masada  iştirak etmiş, Beynəlxalq forumun yekun iclasının moderatoru olmuşdur.

Tədbirin açılışında Rusiya Fundamental Tədqiqatlar Fondunun rəhbəri, akademik V.Pançenko və İran Milli Elm Fondunun Prezidenti cənab N.Zargam çıxış edərək, Xəzər dənizinin elmi tədqiqatlarında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulamışlar.

Sonra AMEA-nın vitse-prezidenti akademik İ.Quliyev beynəlxalq əməkdaşlığın vacibliyini qeyd etməklə yanaşı, Xəzər dənizi üzrə beynəlxalq tədqiqat mərkəzinin yaradılmasının vaxtı gəldiyini masa iştirakçılarının diqqətinə çatdırmışdır. O həm də beş Xəzəryanı  ölkə  alimlərinin birgə ekspedisiya təşkil etməsinin faydasını açıqlamışdır. Beynəlxalq görüşdə Respublika Seysmologiya Mərkəzinin direktoru,  AMEA-nın müxbir üzvü Q.Yetirmişli də iştirak etmişdir.

  
4065
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic