COĞRAFİYAÇILAR YİF-İN TƏDBİRLƏRİNDƏ İŞTİRAK EDİBLƏR

Coğrafiyaçılar  Həsən Nəbiyev, Cəmilə Əhmədova və Samir Atakişiyev  noyabrın 6 və 7-sində Bakıda keçirilən “Yaşıl iqlim Fondu ilə əməkdaşlığa hazırlıq” proqramına dair konfrans  və təlimlərdə iştirak ediblər.

Azərbaycan Respublikasının Yaşıl İqlim Fondu (YİF), Ekologiya və təbii sərvətlər Nazirliyi, və BMT-nin İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə baş tutan konfransı keçirməkdə məqsəd Yaşıl İqlim Fondu ilə əməkdaşlıq məsələlərinin müzakirəsidir. Fonda layihələr təqdim etmək üçün hazırlıq mexanizmi, layihə dövriyyəsi haqqında, layihənin həyata keçirilməsi və monitorinqi, YİF-in maliyyələşmə prosesinin əsas xüsusiyyətləri,  idarəetmə mexanizmi və s. məsələlər üzrə təlimlərin iştirakçılarına sonda sertifikatlar təqdim olunub.

 

5603
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic