COĞRAFİYAÇI VİKİPEDİYAÇILAR "AXC AYI"NDA 4-CÜ VƏ 8-Cİ YERLƏRİ BÖLÜŞDÜRÜBLƏR

Vikipediyaçılar Vikipediyada mövzulu ay layihəsi çərçivəsində AXC-nin  100 illiyinə həsr olunmuş "Azərbaycan Xalq Cümhuriyyəti ayı" nəticələrini əks etdirən tədbirdə iştirak ediblər.

MEKdə keçirilən tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı görülən işləri yüksək qiymətləndirib, "elektron kitabxana" adlandırdığı Vikipediyanın bir güc mərkəzi kimi formalaşdırılmasının vacibliyini vurğulayıb.

MEK direktoru, t.ü.f.d.  Leyla İmanova Vikipediya Metodik Mərkəzinin "AXC-100" mövzusuna verdiyi töhfədən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş digər işlərdən danışıb, "Azərbaycan Xalq Cümhuriyyəti ayı"nın nəticələri ilə bağlı müsabiqə qaliblərini təbrik edib.

Bu ayda iştirak etmiş Viki qrup üzvləri Həlimə Əhmədzadə 4-cü , Aida Aslanova 8-ci yerə layiq görülmüşlər.  Vikiçilər mükafatlandırılaraq, uyğun olaraq, fərqlənmə və  təşəkkürnamə ilə təltif olunmuşlar.

 

  

4303
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic