COĞRAFİYAÇI YİF-İN İLK SEMİNARINDA İŞTİRAK EDİB

Coğrafiyaçı Cəmilə Əhmədova Bakıda keçirilən Yaşıl İqlim Fonduna (YİF) Azərbaycan Respublikasının Hazırlığı Layihəsinin ilkin seminarında iştirak edib.

Bu layihə YİF ilə strateji iştirak çərçivəsinin müəyyən edilməsi, Milli Səlahiyyətli orqanın gücləndirilməsinə dəstək göstərilməsi, Azərbaycanın iqlim dəyişmələrinə təsirini və uyğunlaşma ilə bağlı tədbirləri həyata keçirmək potensialını artırmaq məqsədini daşıyır.

İlkin Seminarda uyğun nazirliklərin, Azərbaycan Milli Elmlər Akademiyası, Vətəndaş Cəmiyyəti, özəl sektorlardan dəvət olunmuş nümayəndələr iştirak ediblər. Maraqlı tərəflərin və ekspertlərin iştirakı ilə iqlim dəyişmələri, ölkəmizin Yaşıl İqlim Fondu ilə əməkdaşlığı, bu əməkdaşlığın yolları və s. məsələlər barədə ətraflı çıxışlar və müzakirələr aparılıb.
 

5506
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic