COĞRAFİYAÇI ELMİN POPULYARLAŞDIRILMASINA DAİR MÜŞAVİRƏDƏ İŞTİRAK EDİB

Copğrafiyaçı Xanım Rzazadə noyabrın 30-da AMEA Rəyasət Heyəti aparatı İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin (İƏEPİ) elmi jurnalistikanın inkişafı və bu sahədə mövcud problemlərin  müzakirəsinə həsr etdiyi müşavirədə   iştirak edib.

 AMEA institut və təşkilatlarında fəaliyyət göstərən ictimaiyyətlə əlaqələr şöbələri rəhbərlərinin iştirakı ilə keçən müşavirədə elmi jurnalistikanın inkişafı, bu sahədə peşəkar qələm sahiblərinin yetişdirilməsi, elmi-populyar üslubda məqalələrin hazırlanması, elmin KİV-də təbliği sahəsində mövcud problemlər, onların həlli yolları müzakirə edilib.

Zülfüqar Fərzəliyev ötən il AMEA Rəyasət Heyətinin qərarı ilə akademiyanın hər bir institut və təşkilatında ictimaiyyətlə əlaqələr şöbəsinin yaradılmasının elmi jurnalistikanın inkişafı istiqamətində atılmış mühüm addımlardan olduğunu bildirib. Z.Fərzəliyev bu qərarın akademiyada müxtəlif elm sahələri üzrə jurnalistlərin hazırlanması, ixtisaslaşması baxımından əhəmiyyətini qeyd edib: “Azərbaycan elminin təbliğində onlar da populyarizator-alimlərlə birgə mühüm rol oynayırlar”.

İƏEPİ–nin rəis müavini Ülviyyə Rzayeva elmin, əldə olunan nailiyyətlərin təbliğində vacib şərtlərdən olan məqalələrin elmi-populyar üslubda hazırlanması sahəsindəki mövcud problemlərdən danışıb. O həmçinin Elmi Jurnalistlər Klubunun - www.ejk.az adlı veb-saytının yaradılması təklifi ilə çıxış edib.

AMEA-nın bəzi institut və müəssisələrinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdir  və məsul işçiləri tədbirdə çıxış edərək görülən işlər haqqında məlumat veriblər.

 


 

4026
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic