R.KƏRİMOV BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ ETMİŞDİR

Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov noyabr ayının 24-25-də Bakıda keçirilmiş “Dünyamızın transformasiyası: Davamlı İnkişaf Məqsədlərinin inteqrasiyası və onun həyata keçirilməsinin təşviqində elmin rolu” adlı beynəlxalq elmi konfransda “Azərbaycanda və onun regionlarında aqrar sektorun davamlı inkişafı” adlı tədqimatla çıxış etmişdir. Konfrans Qlobal Saziş Azərbaycan Şəbəkəsi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə baş tutmuşdur. Hyatt Regency otelində təşkil olunmuş, ingilis dilində keçirilmiş konfrans BMT İnkişaf Proqramı tərəfindən Minilliyin İnkişaf Məqsədləri kimi təsdiq edilmiş 17 hədəfə, o cümlədən yoxsulluğun aradan qaldırılması, insan sağlamlığı və maddi rifah, gender bərabərliyi, keyfiyyətli təhsil, təmiz su və enerji, iqlim dəyişmələri, sənaye, innovasiya və infrastruktur kimi mühüm qlobal çağırışlara həsr olunmuşdur. Tədbirdə ABŞ, Rusiya, Türkiyə, İran, Pakistan, Rumıniya və digər ölkələrdən olan tədqiqatçıların və mütəxəssislərinin, beynəlxalq təşkilatların təmsilçilərinin məruzələri dinlənilmişdir.

R.Kərimov apardığı tədqiqat işinin nəticələri əsasında Azərbaycanın müxtəlif regionlarının kənd təsərrüfatı məhsulları istehsalındakı rolu, ölkənin aqrar sektorundakı vəziyyət və onun sosial-iqtisadi amilləri, bu sahədə müşahidə olunan müsbət meyillər, həmçinin mövcud olan əsas problemlər, onların səbəbləri və həlli imkanları, aqrar sektorun davamlılığının təmin olunması məsələsi, mövcud resurslardan səmərəli istifadə olunmasının mümkünlüyü barədə məruzə etmişdir.

116
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic