COĞRAFİYAÇILAR BEYNƏLXALQ "COĞRAFİ İMLA" AKSİYASINDA İŞTİRAK EDİBLƏR

Coğrafiyaçılar c.ü.f.d.  Rövşən Kərimov, c.ü.f.d. Mətləb Rəhimov, Elnur Səfərov , Elşən Abdullayev, Həmidə Zöhrabova və Xanım Rzazadə   Rusiya Coğrafiya Cəmiyyətinin Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təşkil etdiyi “Coğrafi imla” beynəlxalq aksiyasında iştirak ediblər.

Ümumrusiya Coğrafi imla dərsi ilk dəfə 2015-ci ildə RCC-nin Qəyyumlar Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti V.V.Putinin təşəbbüsü ilə keçirilib. 2017-ci ildə bu imla artıq beynəlxalq səviyyəyə çatıb və bu il noyabrın 26-da dünyanın 20-dən çox ölkəsində (o cümlədən, Rusiya, Azərbaycan, Argentina, Çex Respublikası, Danimarka, Böyük Britaniya, Norveç, Türkiyə, Monteneqro və digər ölkələrdə) regional məkanlar fəaliyyət göstərib.

Yaşından, təhsilindən, sosial mənsubiyyətindən, dini etiqadından və vətəndaşlığından asılı olmayaraq qeydiyyatdan keçən, rus dilini bilən və aksiyaya qoşulmaq istəyənlər tədbirin  iştirakçıları olublar. Mürəkkəblik dərəcəsi müxtəlif olan 30 tapşırıqdan ibarət imla coğrafi anlayışlar və terminlər, əsas coğrafi qanunauyğunluqlar, coğrafi obyektlərin xəritədə yerləşməsi barədə biliklərin və bu bilikləri praktikada tətbiq etmək bacarığının yoxlanılması məqsədilə keçirilib.

Tədbirin iştirakçılarına şəhadətnamələr verilib.

  

  

 

4153
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic