COĞRAFİYAÇI BRÜSSEL ŞƏHƏRİNDƏ EZAMİYYƏTDƏ OLUB

Coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Kərimov 8-9 noyabr tarixlərində Avropa Komissiyasının “Horizon-2020” Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində “İqlimlə bağlı fəaliyyətlər, ətraf mühit, resurslardan səmərəli istifadə və xammallar” istiqaməti üzrə Belçikanın Brüssel şəhərində keçirilmiş Societal Challenge 5 Info Day adlı tədbirdə iştirak etmişdir. Tədbirdə Komissiyanın Kiçik və Orta Müəssisələr üzrə İcraedici Agentliyinin (EASME) nümayəndələri, tədqiqat və İnnovasiya mərkəzinin (RTD) qeyd olunan istiqamət üzrə bölmə rəhbərləri, ekspertlər, məsləhətçilər, layihə rəhbərləri, milli əlaqələndirici şəxslər iştirak etmişlər. Horizon-2020 üzrə 2018-2019-cu illər üçün müəyyən edilmiş prioritet çağırış mövzuları geniş müzakirə edilmişdir. Tədbirdə həmçinin innovativ texnologiyaların elmi tədqiqatlara tətbiqində maraqlı olan tərəflər arasında görüşlər keçirilmişdir.

Rövşən Kərimov “Geoinfomatika və Kartoqrafiya” şöbəsinin əməkdaşı Samir Vəlizadə ilə birlikdə hazırladığı “Azərbaycanın dağ-meşə ekosistemlərində iqlimlə əlaqəli gedən təbii dəyişikliklərin və ekoloji risklərin Məkan Məlumatları İnfrastrukturunun (SDI) qurulması əsasında qiymətləndirilməsi” mövzusunda layihə təklifini Avropa universitetlərinin və İKT şirkətlərinin təmsilçiləri ilə görüşdə müzakirə etmişdir. Qeyd olunan layihə təklifi İtaliya və Portuqaliya universitetlərindən olan mütəxəssislər tərəfindən marağa səbəb olmuşdur. Görüşlər zamanı belə nəticəyə gəlinmişdir ki, layihə ideyasının “İqlim dəyişmələri, biomüxtəliflik və ekosistem servisləri sahələrində beynəlxalq əlaqələr” adlı Çağırışa (CLA-06-2019) uyğunlaşdırılması və Horizon-2020 Proqramına müraciət edilməsi mümkün görünür. Bunun üçün layihə təklifinin daha geniş işlənməsi, müvafiq elm sahələrində çalışan azərbaycanlı və avropalı mütəxəssisləri dəvət etməklə davamlı olaraq məsləhətləşmələrin və müzakirələrin aparılması, konsorsiumun yaradılması, nəzərdə tutulan fəaliyyətlərin konkretləşdirilməsi, onların aparılmasına imkan verəcək texnologiya və proqramlarla təchizat planının qurulması zəruridir.

  

  

483
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic