İSMAYILLIDA TƏDQİQAT İŞLƏRİ APARILIB

Coğrafiya Cəmiyyətinin əməkdaşı  Emil Cəbrayılov və dissertant Vüqar Bəndəliyev bu ilin oktyabr ayında İsmayıllı rayonunun Talıstan, Sədiyan, Güyüm və Diyallı kəndlərində elmi-tədqiqat işləri aparmışlar. Məqsəd ərazidəki toponimlərin öyrənilməsi və Şahdağ Milli Parkının turizm imkanlarının tədqiqi olmuşdur.

Tədqiqatçılar yerli əhali ilə sorğular keçirmiş, yer adları ilə bağlı xalq söyləmələri öyrənmişlər. Ərazidən Qaladərəsi, Kələsər yamacı, Dəvəboynu, Bala Dəvəboynu, Abdulla bulağı, Məmməd bulağı, Çanaq bulağı, Səngər yeri, Dikdağ, Cüyürlü dağ, Keçəl təpə, Qaraquş dağı, Yastı dağ, Dahar dağı, Maqsud bulağı, Heyvalıq düzü və s. kimi onlarla toponim və mikrotoponimlər qeydə alınmışdır.

Milli parkın ərazisində yerləşən VII əsrə aid Cavanşir qalasının və Qaranohur gölünün turizm potensialı araşdırılmış, bu tarixi və təbiət abidələriinə olan turizm marşrutları dəqiqləşdirilmişdir. Müəyyən edilmişdir ki, abidələrə qalxan cığırlar yaxşılaşdırılmalı və işarələnməli, həmçinin təhlükəsizlik tədbirləri  artırılmalıdır və s.

Sədiyan kəndindən şimal istiqamətdə meşə yanğınının baş verdiyi ərazidə təbii meşəbərpa prosesinin getdiyi müşahidə olunmuşdur.

Ərazi üzrə tədqiqatlar bu istiqamətdə davam etdirilir.

  

  

  
4090
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic