PALÇIQ VULKANLARINDA ELMİ TƏDQİQAT İŞLƏRİ APARILMIŞDIR

Coğrafiyaçılar Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən lahiyə əsasında bir sıra palçıq vulkanlarında elmi tədqiqat işləri aparmışlar.

  İsmayılov Mirnuh, Zeynalova Səidə, Məmmədbəyov Elxan may ayının 19, 26, iyun ayının 2, 3-ü Bala Bahar, Bahar, Daşgil palçıq vulkanlarında çöl tədqiqat işləri aparmışlar.

  Tədqiqatın əsas məqsədi palçıq vulkanlarının inkişaf etdiyi ərazilərin struktur-geomorfoloji quruluşunun öyrənilməsi, onların inkişaf etdiyi ərazilərin geosistemlərinin struktur-genetik xüsusiyyətlərini, distansion və kosmoindikasiya metodlarından istifadə etməklə palçıq vulkanları geosistemlərinin diferensasiyasını öyrənməkdir.

   Ekspedisiya müddətində qeyd olunan palçıq vulkanlarında və ətraf ərazilərdə landşaft indikasion tədqiqatlar aparılmışdır. Bu məqsədlə Bala bahar, Bahar, Daşgil palçıq vulkanlarının brekçiya materiallardan geokimyəvi analizlərin aparılması üçün nümunələr götürülmüşdür. Vulkanların krater sahələri, qrifonların dimametrləri, salza axınlarının uzunluğu ölçülüb, brekçiya axınların istiqaməti və ətraf ərazilərə təsirləri öyrənilmişdir. Palçıq vulkanlarının ətraf ərazilərin landşaftlarına təsir dairəsi və  antropogen təsirlərin dərəcəsi öyrənilmişdir.

   Tədqiqat aparılmış palçıq vulkanlarının brekçiya materiallarının geokimyəvi analizindən sonra onların tərkibində olan müxtəlif kimyəvi elementlərin ətraf ərazilərin torpaq bitki örtüyünə təsiri müəyyən olunacaqdır.

Bu istiqamətlərdə tədqiqatlar davam edir.

  

  

90
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic