MƏKTƏBLİLƏRİN OLİMPİADAYA HAZIRLIĞI ÜZRƏ SINAQ İMTAHANLARI KEÇİRİLİB

21 dekabr 2019 tarixində Təhsil nazirliyinin dəstəyi ilə III Qrant müsabiqəsində qalib olan "Şagirdlərin Beynəlxalq Coğrafiya olimpiadasina iGeo hazırlığı" layihəsində 8 sayli məktəbdə sinaq imtahanı keçirilmişdir.
Layihədə 20 sentyabr 2019 - 22 fevral 2020-ci il tarixlərində imtahan yolu ilə respublikanin müxtəlif məktəblərindən coğrafiya üzrə istedadlı şagirdlər arasindan seçilmiş məktəbliləri iştirak edir. Orta məktəblərdə şagirdlər arasinda coğrafiya fənninə olan marağın artmasına xidmət edən layihə akademik Ramiz Məmmədovun diqqətini özünə çəkmis və Coğrafiya Institutunun dəstəyini qazanmışdır. Məqsəd 2020-ci ildə Türkiyədə keçiriləcək növbəti olimpiadada ölkəmizi təmsil edəcək komandanın hazırlanmasıdır.
 11590
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|