“ÇANAQQALA: 104 İLLİK QƏHƏRMANLIQ DASTANI” ADLI SEMİNAR

Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və Coğrafiya fakültəsində Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) ADPU filialının fəallarından, fakültənin Coğrafiya müəllimliyi ixtisasının 1802 saylı qrup tələbəsi Elsevər Cəlilovun təşəbbüsü və ACC ADPU filialının təşkilatçılığı ilə  “Çanaqqala: 104 illik qəhərmanlıq dastanı” adlı seminar təşkil edilib. Seminarda ADPU Tarix və Coğrafiya fakültəsinin dekan müavini, ACC-in vitse-prezidenti, k.t.e.n., dosent Mətanət xanım Əsgərova, Ümumi Coğrafiya kafedrasının müdiri, c.e.n., professor Məhəmməd Abduyev, ekspert qismində dəvət edilmiş Türk və Şərqi Avropa xalqları tarixi kafedrasının müəllimi, fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Taleh Cəfərov və fəal tələbələr iştirak ediblər.
          Azərbaycan Respublikasının Dövlət himninin səslənməsiylə başlayan seminarı açmaq üçün çıxış edən dosent Mətanət Əsgərova bu tarixi hadisənin əhəmiyyətindən söz açıb, ACC üzvü və fakültənin birinci tədris ili tələbəsi olan Elsevər Cəlilovun bu təşəbbüsünün çox təqdirəlayiq hal olduğunu qeyd edib.
          Söz seminarın təşəbüskarı Elsevər Cəlilova verilib. O qeyd edib ki, bu tədbirin təşkilində əsas məqsəd tarixi hadisələri yaşatmaq və mahiyyətini dərk etmək fikrindən qaynaqlanır. Elsevər deyib: “Mənim bu təşəbüüsüm ACC ADPU filialı və ADPU Tarix və Coğrafiya fakültəsinin rəhəbərliyi tərəfindən dərhal müsbət cavablandırıldı və bizə könüllü tələbələrlə birgə qısa zaman ərzində tədbirin təşkili üçün hər cür şərait yaradıldı...”
          ACC fəalı, istedadlı tələbə, Coğrafiya müəllimliyi ixtisasının 301-ci qrup tələbəsi Ramil Ramizov Çanaqqala savaşı haqda hazırladığı təqdimatla çıxış edib, tələbələrə bu tarii savaşın maraqlı məqamlarından əyani surətdə fotofaktlarla söz açıb. Təqdimatın sonunda “Çanaqqala Zəfəri” adlı videoçarx nümayiş olunub.
          Sonra söz ekspert Taleh Cəfərova verilib. Natiq çıxışında Çanaqqala savaşının baş verdiyi tarixi şərait, bu zaman Osmanlı imperiyasının qarşılaşdığı gərgin geosiyasi vəziyyət, birinci cahan savaşı fonunda türk millətinin inamı ilə qazanılan və böyük qələbənin bir dönüş nöqtəsi olduğunu vurğulayaraq bu zəfərin sirlərinin hər bir tələbə-gənc üçün şəxsi və ictimai örnək ola biləcəyini bildirib.
          Tədbirin yekununda vətənpərvərlik marşları səsləndirilib, tələbələrin sualları ətrafında müzakirələr davam etdirilib.
 

270
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic