COĞRAFİYAÇİLAR BEYNƏLXALQ OLIMPIADASINDA IŞTIRAK EDİBLƏR

17 Avqust 2021
Akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d., dosent Zaur İmrani və "Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi"nin qalibi, coğrafiya müəllimi Yaşar Seyidəliyev Serbiyanın Belqrad şəhərində onlayn formatda keçirilən VII Avropa Coğrafiya Olimpiadasının sertifikatına layıq görülüblər.
Sertifikat coğrafiyaçılara Belqradın İstedadlı Gənclər Üçün Regional Mərkəzi və Belqrad Universitetinin “Coğrafiya” fakültəsinin prezidenti Nikola Srzentic tərəfindən Azərbaycanın müəllim komanda heyətində iştiraklarına görə təqdim edilib.  
Qeyd etmək lazımdır ki, Coğrafiya İnstitutu ölkəmizin hər il Beynəlxalq  Coğrafiya Olimpiadasinda  iştirakı  ucun  dəstək göstərir.
3023
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic