COĞRAFİYAÇİ ALİMİN MƏQALƏSİ LOS ANCELES ŞƏHƏRİNDƏ DƏRC EDİLİB

23 Avqust 2021
Texnika elmləri üzrə fəlsəfə doktoru İsmayıl Zeynalovun texnika elmləri doktoru, professor H.G. Həsənovla həmmüəllif olduqları məqalə ABŞ-ın Kaliforniya ştatının Los Anceles şəhərində, yüksək impakt faktorlu "Peertechz,  Annals of Environmental Science and Toxicology" jurnalında  nəşr edilib.   

“Possibility of estimating radioactive fallout by modelling atmospheric”  (“Atmosfer proseslərinin modelləşdirilməsi yolu ilə radioaktiv şöküntülərin qiymətləndirmə imkanları”)  adlı məqalədə radioaktiv tullantıların atmosfer çöküntüləri  şəklində əmələ gəlməsinin əsas amilləri açıqlanır, turbulent diffuziya əsasında  çirkləndiricilərin daşınması üsulu həm regional, həm də qlobal səviyyədə nümayiş etdirilir.

Müəlliflər atmosferin bir neçə paralel (yüksəklik) qatlarda radionuklidlərin hərəkətinin modelini  təklif ediblər. Modeldə radioaktiv tullantıların əmələ gəlməsinin intensivliyini müəyyən edən meteoroloji parametrlər nəzərə alınıb. Sadəcə olaraq tədqiq edilən sahənin hava və relyef / landşaft məlumatlarını modelə daxil etməklə onu istənilən əraziyə tətbiq etmək  və ərazinin radioaktiv çirklənməsini proqnozlaşdırmaq mümkündür.
3263
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic