ACC ƏMƏKDAŞI QRANTIN QALİBİ OLUB

27 Avqust 2021
"Сoğrafiya və Təbii resurslar" jurnalının tərtibatçı redaktoru , elmi işçi Emil Cəbrayılov  "Dağlıq Bölgələrin Davamlı İnkişafı üçün Qafqaz Şəbəkəsi" layihəsi və "Cənubi Qafqazda İqlimə Uyğunlaşma Potensialının Gücləndirilməsi" proqramı çərçivəsində Cenevrə Universiteti tərəfindən maliyyələşdirilən qrantın qalibi olmuşdur.

Tədqiqatın məqsədi  Landsat, Sentinel və SPOT peyk məlumatlarından istifadə etməklə meşələrin vəziyyətini öyrənmək, yayılmış ağac növlərini təsnif etmək, tədqiq edilən ərazilərin inventar xəritələrini uyğun metodologiya və alqoritmlərlə müqayisəli qiymətləndirilməsini aparmaqdır.

E.Cəbrayılov layihənin digər iştirakçıları olan Almaniyanın Aachen Universitetinin  professoru M.Leuchner və Tbilisi Dövlət Universitetinin elmi işçisi,  Dr. M.Tsitsagi ilə birlikdə Cənubi Qafqazda, xüsusən Azərbaycan və Gürcüstan ərazisində yayılmış meşələri müxtəlif peyk məlumatları əsasında  tədqiq edəcək.

Layihənin icrası 2021-22-ci il mövsümünü əhatə edir. Nəticələr yüksək reytinqli jurnalda nəşr ediləcək.

3207
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic