“QARABAĞ - ZƏFƏRƏ GEDƏN YOL” ADLI ELMİ KONFRANS KEÇİRİLİB

31 Avqust 2021

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı, AR Silahlı Qüvvələrinin Hərbi Akademiyası, Naxçıvan Müəllimlər İnstitutu və “Elger” Beynəlxalq Elm Mərkəzinin təşkilatçılığı ilə İsveçin Qothenburq Universiteti ilə birlikdə “Qarabağ: Zəfərə gedən yol” mövzusunda XVII Beynəlxalq elmi konfrans keçirilib.

Konfransa Azərbaycan, Qazaxıstan, Türkiyə, İsveç, Ukrayna və Rusiyadan olmaqla 170-dən çox müraciət daxil olub, 95 məqalə elmi heyət tərəfindən dəyərləndirilərək məruzə üçün qəbul edilib və 8 seksiyada elmin bütün sahələri üzrə müzakirələr aparılıb.

Tədbirin təşkilatçıları  açılışda məruzələrlə çıxış edərək İkinci Qarabağ müharibəsi, onun siyasi, iqtisadi, sosial, ekoloji problemləri və perspektivləri barədə qısa məlumat veriblər. Coğrafiya İnstitutunun baş direktoru,  c.e.d., dosent. Zakir Eminov məruzəsini  Qarabağın müasir demoqrafik vəziyyəti və gələcəkdə gözlənilən nəticələrə həsr edib. 

Konfransın yer elmləri və coğrafiya bölməsinə həsr olunmuş və moderatoru  Coğrafiya İnstitutunun şöbə müdiri, c.ü.f.d., dos. Zaur İmrani olan  7-ci seksiyada    İnstitut alimlərindən, şöbə müdirləri olan dosentlər,  c.e.d. Nəriman Paşayev,  c.ü.f.d. Mirnuh İsmayılov və c.ü.f.d. Sevil Quliyeva, c.ü.f.doktorları Sima Əliyeva, Kəmalə Zeynalova və institutun digər əməkdaşları çıxış edib.

 

3338
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic