COĞRAFİYAÇILARIMIZ QAFQAZ YAY MƏKTƏBİNİN SERTİFİKATINA LAYİQ GÖRÜLÜBLƏR

27 Sentyabr 2021

Coğrafiyaçılar c.ü.f.d. Natəvan Cəfərova koordinator, c.ü.f.d. Samirə Abuşova, böyük laborantlar İradə Əhlimanova, Aminə Muradova və magistrlar Yeganə İbadlı, Nərmin Nağıyeva iştirakçı qismində “Cənubi Qafqazda iqlimə uyğunlaşma qabiliyyətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində beynəlxalq Qafqaz yay məktəbi 2021-də  (SCAC) iştirak ediblər. 

Cenevrə və Davamlı Qafqaz Universiteti tərəfindən təşkil edilən tədbir İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi (SDC) və BMT-nin Ətraf Mühit Proqramı tərəfindən dəstəklənir.

 Təlim iştirakçıları təbii fəlakətlərin real vaxt rejimində xəritələşdirilməsi və əldə edilən məlumatların paylaşdırılması, GIS-dən istifadə ilə analizlərin aparılması, uzaqdan zondlama məlumatlarının işlənməsi, tematik məşqlər və xəritələrin  ictimaiyyətə  yayılması haqqında biliklərə yiyələniblər. Dərslərin  sonunda əməkdaşlarımız təlimi bitirən 25 iştirakçı arasında fərqlənən 14 iştirakçı ilə birlikdə beynəlxalq sertifikata yiyələniblər.

Coğrafiyaçılar təlimi peşəkar səviyyədə bitirdiklərinə görə 2022-ci il, 22 aprel tarixində “Turizmin Davamlı İnkişafı üçün Transdisiplinarlıq: Qafqaz aliminin rolu” (“Transdisciplinarity for Sustainable Tourism Development: Role of Caucasus Scientist”) adı altında keçiriləcək  3-cü Qafqaz Dağ Forumunda (CMF3) iştirak etmək hüququ qazanıblar.


         

 

3253
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic