RADİOAKTİV TULLANTILARIN YAYILMASININ AŞKAR EDİLMƏSİ ÜSULLARI ARAŞDIRILIB

29 Sentyabr 2021

Rusiyanın Sankt-Peterburq Ekoloji təhlükəsizlik Beynəlxalq Elmlər Akademiyasının "Xəbərlər"  nəzəri və elmi-praktiki jurnalında Coğrafiya İnstitutunun əməkdaşları - t.e.ü.f.d. İsmayıl Zeynalov, c.e.ü.f.d., dosent Ülkər Mahmudova, laborantlar Elvira Piriyeva və Vüsalə İbrahimovanın müştərək yazdıqları “Azərbaycan respublikasının radiasiya təhlükəsizliyinin qiymətləndirilməsində iqlim-coğrafi qanunauyğunluqları” adlı məqaləsi dərc edilib.

Məqalədə Azərbaycanın bir sıra iqlim-coğrafi qanunauyğunluqlarını nəzərə alınaraq, təcrübələr əsasında ğötürülən radioaktiv tullantıların yayılmasının aşkar edilməsi üsulları araşdırılıb. Belə ki, atom elektrostansiyalarında radioaktiv situasiyaların çoxalması risklərinin artması nəticədə radionuklidlərin yaranaraq yağıntılarla tökülməsinə və çirkləndirici maddələrin lokal, regional və qlobal miqyasda yayılmasına  gətirib çıxarır.  Bu faktorlar radioaktiv tullantıların partlayış yerindən uzaq olan başqa dövlətlərin ərazisində düşməsinə səbəb olur.

3296
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic