AZƏRBAYCAN KƏHRİZLƏRİNİN ATLASI HAZIRLANIB
13 Oktyabr 2021
Coğrafiya İnstitutunun dissertantı Rauf Əmənov "Azərbaycan kəhrizlərinin ikidilli atlasının” hazırlayıb.
Adı çəkilən atlas BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının Koreya Beynəlxalq İnkişaf Agentliyinin (KOİCA) maliyyə dəstəyi və Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, AR Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Azərsu ASC-nin rəsmi dəstəyi ilə “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi əsasında hazırlanıb.
R.Əmənovun sahibi olduğu “Caucasus Geo Survey” MMC-nin ərsəyə gətirdiyi atlasda Azərbaycanın bölgələrində yerləşən hər bir kəhrizin texniki qiymətləndirilməsi öz yerini tapıb, kəhrizlərin su sərfi, yerli əhali üçün içməli olub-olmaması və s. haqqında məlumatlar toplanıb.
Layihəyə əsasən azkahriz.az saytı işlənərək istifadəyə verilib və eləcə də kəhrizlərin ölkə ərazisində coğrafi paylanması xəritəsi də hazırlanaraq çap edilib.


 8452
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|