ALİM I VƏ II VƏTƏN MÜHARİBƏLƏRİNDƏKİ SİYASİ-COĞRAFİ PROSESLƏRİ TƏHLİL EDİB

22 Oktyabr 2021

 C.ü.f.d. Etibar Bədəlov «Vətən müharibəsinin başlanmasının səbəbləri, nəticələri və onun tarixi əhəmiyyəti» mövzusunda distant formatda keçirilən beynəlxalq elmi praktiki konfransda iştirak edib.

Alim Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasının təşkilatçılığı, Türkiyə və Ukrayna respublikalarının Milli Müdafiə Universitetlərinin iştirakı ilə baş tutan tədbirdə “Azərbaycan Respublikasında I və II Vətən müharibələrinə zəmin yaradan siyasi-coğrafi və etnodemoqrafik proseslər” mövzusunda məruzə edib. Alim  məruzəsində I Vətən müharibəsində məğlubiyyətin və Şuşanın alınmasının əsas səbəblərini təhlil edib, 44 günlük Vətən  müharibəsində qazanılan qələbənin Ali Baş komandan İlham Əliyevin adı ilə bağlı olduğundan, ölkənin siyasi coğrafi xüsusiyyəti, onun etnodemoqrafik vəziyyətində yaranmış problemin həllində  prezidentin apardığı uğurlu siyasətdən bəhs edib.

3228
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic