DAĞ ÇAYLARININ HİDROKİMYƏVİ XÜSUSİYYƏTLƏRİNƏ HƏSR OLUNMUŞ İLK KİTAB NƏŞR EDİLİB

25 Oktyabr 2021

Сoğrafiya elmləri doktoru Məhəmməd Abduyevin “Azərbaycanın dağ çaylarının hidrokimyəvi xüsusiyyətlərinin coğrafi qanunauyğunluqları” adlı monoqrafiyası işıq üzü görüb.

Kitab Azərbaycanın dağ çaylarının hidrokimyasına həsr olunmuş ilk elmi əsərdir. Əsərdə çayların hidrokimyəvi xüsusiyyətlərinin öyrənilmə vəziyyəti və indiyədək toplanmış stasionar müşahidə məlumatları qiymətləndirilib, kimyəvi axımın formalaşmasına fiziki-coğrafi amillərin təsiri təhlil edilib, çay sularının minerallaşma dərəcəsi, çayların makro və mikro komponentlər axımı öyrənilib, çay hövzələrindəki kimyəvi denudasiyanın intensivliyi öyrənilərək antropogen amillərin çayların hidrokimyəvi rejiminə təsiri müəyyən edilib, çay sularının kimyəvi tərkibinə görə təsnifatı aparılaraq respublikanın su ilə təminatında ekoloji təhlükəsizliyin qiymətləndirilməsi aparılıb. Monoqrafiya illüstrativ materiallarla müşayiət olunur. Hesablamaların nəticələri cədvəllərdə əksini tapıb.

         Əsər  elmi işçilər, xüsusilə coğrafiya, hidrologiya, hidrokimya üzrə mütəxəssislər, doktorant, dissertant, magistr və bakalavr pilləsi üzrə təhsil alan tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

3319
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic