AKADEMİK Ə.MƏMMƏDOVUN 90 İLLİYİNƏ HƏSR EDİLMİŞ YENİ KİTAB NƏŞR EDİLİB

25 Oktyabr 2021

 Azərbaycan Dövlət Mükafatı və H.Z.Tağıyev adına Azərbaycan Milli mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, akademik Ələşrəf  Məmmədovun  90 illik yubileyi münasibəti ilə alimin həyatına və elmi fəaliyyətinə həsr olunmuş xatirə kitabı çapdan çıxıb.

Baş redaktoru Coğrafiya institutunun baş direktoru, c.e.d. Zakir Eminovun, tərtibçiləri şöbə  müdirləri – c.ü.f.d. Rəfail Abdullayevin və c.e.d. Yelena Tağıyevanın, eləcə də elmi işçi Əliyar Əliyevin tərtib etdikləri kitabda akademik Ə. Məmmədovun çoxsaylı elmi əsərlərindən bəhs edilir, geologiya və coğrafiya elmləri sahəsindəki elmi, elmi-təşkilatı və elmi-pedaqoji fəaliyyəti haqqında məlumatlar verilir.

3280
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic