COĞRAFİYAÇI ALİM MƏKTƏBLİLƏRLƏ GÖRÜŞÜB

26 Oktyabr 2021

C.ü.f.d. Etibar Bədəlov İnstitutun himayəsində olan Suraxanı rayonunun Bülbülə qəsəbəsinin  232 №li məktəbində qonaq olub.
Mütəmadi olaraq məktəblilərlə görüşən elmi işçi bu dəfə “Sağlam nəsil, sağlam cəmiyyət deməkdir!” mövzusunda keçirilən dəyirmi masada iştirak edib. E.Bədəlov məktəbdə fəaliyyət göstərən Kiçik akademiyanın işləri ilə yaxından tanış olub, tədqiqat işləri ilə əlaqədar şagirdlərə dəyərli tövsiyələr verib. Dəyirmi masada demoqrafiya mövzusunda məruzə ilə çıxış edən alim Qarabağın əhalisi haqqında maraqlı faktlar söyləyib, son 2 ildə davam edən pandemiya şəraitində ölkədə və dünyada hökm sürən etnodemoqrafik vəziyyət haqqında gənclərə geniş məlumat verib, müharibədən əvvəl  və sonrakı dövrdə Qarabağda gedən demoqrafik proseslərdən bəhs edib, Bülbülə qəsəbəsində salınmış “Şuşa şəhərciyi”nin  sakinləri ilə olan  görüşlərindən  söhbət açıb.

       

    

 

3212
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic