ALİM İKİ ÖLKƏ ARASINDAKI SƏRHƏD MÜBAHİSƏLƏRİNƏ AYDINLIQ GƏTİRİB

01 Noyabr 2021

Rusiya prezidenti Vladimir Putin Valday Beynəlxalq Diskussiya Klubunda Azərbaycan və Ermənistan arasında sərhəd məsələlərinin sovet dövrünün xəritələri əsasında həll ediləcəyini bildirib.
Coğrafiya üzrə fəlsəfə doktoru,dosent Mirnuh İsmayılov Baku TV-yə verdiyi müsahibəsində adı çəkilən xəritələri əsas gətirərək, sərhədlərin təyin edilməsi ilə bağlı ziddiyyətli məqamlara və Ermənistanın səsləndirdiyi saxta iddialara elə onların  öz xəritəsi ilə cavab verib. Məhz elə həmin xəritəyə nəzər saldıqda mübahisəli ərazilərin Azərbaycanın suveren ərazisi olduğu aydın görünür. Ekspert kimi çıxış edən alim mübahisəyə 1902-ci ildə çar Rusiyası tərəfindən  hazırlanmış tarixi xəritə ilə də aydınlıq gətirib. O bildirib ki, iki ölkə arasındakı anlaşılmazlıq işğaldan azad olmuş sərhədboyu zonada yerləşən, eləcə də Azərbaycana qaytarılmalı olan Ermənistan ərazisinə düşən Qazax rayonu kəndləri və artıq həllini tapmış Qaragöl ərazisi ətrafındadır. M.İsmayılov həmçinin bütün Qafqaz bölgəsi üçün böyük əhəmiyyət kəsb edən  önəmli Zəngəzur nəqliyyat dəhlizindən də danışıb.

https://youtu.be/yF9a5CnGZKI

 



 

3433
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic