AKADEMİK ƏLƏŞRƏF MƏMMƏDOVUN YUBİLEYİ KEÇİRİLİB.

01 Noyabr 2021

Azərbaycan Dövlət Mükafatı və H.Z.Tağıyev adına Azərbaycan Milli mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, akademik Ələşrəf Məmmədovun  90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə c.ü.f.d. Rəfail Abdullayev, c.e.d. Yelena Tağıyeva və  elmi işçi Əliyar Əliyev çıxış ediblər.

Akademikin doğma İlisu kəndinin Nizami adına tam orta məktəbində keçirilən görüşdə alimin həyat və elmi  fəaliyyətinə həsr olunmuş  “Akademik Ələşrəf Veysəl oğlu Məmmədov 90” xatirə kitabının təqdimatı olub.

Tədbirdə çıxış edən R.Abdullayev 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, 6 atlasın və 10 qiymətli xəritənin müəllifi olan akademikin elm sahəsində qazandığı  yüksək nəticələrdən və nailiyyətlərindən, çap etdirdiyi monoqrafiya və xəritələrdən, 1971-ci ildən ömrünün sonunadək Coğrafiya İnstitutunda müdir kimi çalışdığı Paleocoğrafiya” şöbəsindəki fəaliyyətindən, qazandığı uğurlardan danışıb.

         

3468
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic