ZƏFƏR GÜNÜ QEYD EDİLİB.
05 Noyabr 2021
8 Noyabr Zəfər günü münasibəti ilə Coğrafiya İnstitutunda tədbir keçirilib.
Öncə torpaqlarımız uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra tədbiri giriş sözü ilə açan İnstitutun baş direktoru, coğrafiya elmləri doktoru Zakir Eminov 8 Noyabr gününün bütün dünya azərbaycanlıları üçün ən əziz, ən qürurlu və şanlı tarix olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan xalqı apardığı 44 günlük müharibə və onun şərəfli nəticəsi ölkənin tarixində böyük bir dönüş yaratdı. Azərbaycan xalqı təkcə ərazi bütövlüyünü deyil, həm də milli qürurunu və mənliyini bərpa etdi. Bu isə Ali Baş Komandan, ölkə rəhbəri İlham Əliyevin müdrik siyasəti, hərbi bacarığı və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində həyata keçə bildi. Regionda lider ölkə statusunu qazanmış və böyük quruculuq işlərinə start verən Azərbaycan qısa müddətdə inanılmaz uğurlara imza atdı. 30 ilə yaxın ermənilər tərəfindən viran qoyulmuş Qarabağ torpağı böyük sürətlə dirçəlməyə, çiçəklənməyə başlayıb. Ağıllı şəhərlər, kəndlər salınır, yollar çəkilir, kommunikasiyalar bərpa edilir. Ağlagəlməz qısa müddətdə istifadəyə verilmiş Füzuli Beynəlxalq Aeroportu artıq qonaqlarını qəbul edir. Bütün bunlar Azərbaycan xalqının sülhsevər, qurucu və yaradıcı olduğunu bir daha sübut edir.
İnstitut Həmkarlar Təşkilatının sədri, c.ü.f.d. Habil Haqverdiyev, Qadınlar şurasının sədri Luiza Salayeva, şöbə müdiri, c.e.d. Rza Mahmudov və başqaları çıxış edərək prezident İlham Əliyevin 44 günlük müharibə ərəfəsində apardığı hərbi, siyasi, diplomatiya və informasiya müharibəsindəki qələbəsindən, torpaqlarımızın alınması, ərazimizin bütövlüyü uğrunda tərəddüd etmədən müharibəyə atilan igid övladların şücaətindən və qəhrəmanlıqlarından söhbət açıb, şəhidlərimizə rəhmət, qazilərimizə Allahdan can sağlığı diləyiblər.
8824