ŞƏHİDLƏR UNUDULMUR!

11 Noyabr 2021

ACC-nin üzvü, elmi işçi  Emil Cəbrayılov Zəfər Günü ilə əlaqədar  əmisi oğlu, Vətən müharibəsi şəhidi, kapitan Elnur Tofiq oğlu Cəbrayılovun əziz  xatirəsinə video çarx hazırlayıb.

İxtisasca tarixçi olan Elnur həmişə dərs dediyi şagirdlərinin vətənpərvər ruhda böyümələrinə çalışıb, onlara vətənə sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq kimi hisslər aşılayıb. Hərbçi olmaq arzusu ilə yaşayan E.Cəbrayılov  Silahlı Qüvvələrdə xidmətə əsgər kimi başlayaraq onu leytenant kimi başa vurub. Sonra Orduda işə düzəlib, orada baş leytenant rütbəsi alıb.

2016-cı il Aprel döyüşlərində iştirak edərək Lələtəpə yüksəkliyinin alınmasında xüsusi şücaət göstərən  igid döyüşçü ötən ilin sentyabr ayında başlanan Qarabağ müharibəsinə qoşulub, Füzuli uğrunda gedən döyüşlərdə düşmən postuna daxil olarkən şəhid olub. Düşmən tərəfindən 3 ay müddətində gizlədilən şəhidin nəşi 2021-ci ilin yanvar ayında tapılaraq Göygölün Şəhidlər Xiyabanında dəfn edilib. Ruhu şad olsun!

 Allah bütün şəhidlərimizə rəhmət eləsin!

                  

3893
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic