COĞRAFİYAÇI ALİMLƏR QAFQAZ REM-İN TƏDBİRİNƏ QOŞULUBLAR

15 Noyabr 2021

 С.ü.f.d. Mirnuh İsmayılov və elmi işçi Emil Cəbrayılov “Qafqaz” Regional Ekoloji Mərkəz tərəfindən Qəbələ şəhərində “Milli səviyyədə ekosistemlərin qiymətləndirilməsi vasitəsilə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökümətlərarası Elmi Yanaşmalar Platformasına (İPBES) dəstək” çərçivəsində keçirilən tədbirə qoşulublar.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də AMEA-nın aidiyyatı üzrə elmi institutlarının iştirakçıları olduqları görüşdə Azərbaycanın su, dağ və meşə ekosistemlərinin qiymətləndirilməsi hesabatları dinlənilib, boşluqların aradan qaldırılması üzrə təkliflər müzakirə edilib.

Mövzu ətrafında fikir bildirən M.İsmayılov bildirib ki, su ekosistemlərin hesabatında dağ buzlaqları da qiymətləndirilməli, çayların ekoloji koridor kimi rolu və əhəmiyyəti əsaslandırılmalı,  dağ ekosistemlərində yay otlaqlarinin yüklənmə dərəcəsi və həssaslıq göstəriciləri təbii vilayətlər üzrə qiymətləndirilməlidir.

               

               

3366
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic