AKADEMİK Ə.MƏMMƏDOVUN 90 İLLİK YUBİLEYİ QEYD OLUNUB
03 Dekabr 2021
Görkəmli geoloq alim, AMEA-nın həqiqi üzvü, Azərbaycan Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ələşrəf Veysəl oğlu Məmmədovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.Tədbir Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsi, Geologiya və Geofizika İnstitutu və Coğrafiya İnstitutunun Elmi şuralarının birgə təşkilatçılığı ilə baş tutub.
Coğrafiya elmləri doktoru Zakir Eminov çıxış edərək alimin elmi yaradıcılığından və elmi-təşkilati fəaliyyətindən söz açıb. O bildirib ki, Ə.Məmmədov 30 il Coğrafiya İnstitutunun Paleocoğrafiya şöbəsinə rəhbərlik edib. Regional geologiya, tektonika, dördüncü dövr geologiyası və paleocoğrafiyası sahələri üzrə fəaliyyət göstərən akademikin əsas elmi tədqiqatları Qafqazın, o cümlədən Azərbaycanın və Xəzər dənizinin geoloji quruluşunun, geoloji inkişaf tarixinin öyrənilməsinə, Cənubi Qafqazın iqliminin və landşaftının təkamül qanunauyğunluqlarının aşkar edilməsinə, ibtidai insan cəmiyyətlərinin formalaşmasında və inkişafında təbii mühitin rolunun tədqiqinə həsr olunub. Ə.Məmmədov 10 kitabın, 300-dən artıq elmi əsərin müəllifidir, üç elmlər doktoru, 8 fəlsəfə doktoru hazırlayıb.
Coğrafiya İnstitutunun şöbə müdirləri, coğrafiya elmləri doktorları Əmir Əliyev və Yelena Tağıyeva da söz alaraq, akademiklə bağlı xatirələrini danışıblar, onun elmi fəaliyyətindən söhbət açıblar. 9496
|
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
|