ZAKİR EMİNOV QARABAĞIN DEMOQRAFİYA MƏSƏLƏLƏRİNDƏN DANIŞIB

06 Dekabr 2021

ACC-nin prezidenti vəzifəsini icra edən,coğrafiya elmləri doktoru Zakir Eminov “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində davamlı inkişafın coğrafi problemləri“ mövzusunda Bakı Dövlət Universitetində keçirilən respublika elmi-praktik konfransında iştirak edib.

Qarabağın demoqrafik inkişafının əsas istiqamətləri və nizamlanması haqqında məruzə ilə çıxış edən alim bildirib ki, qəbul edilmiş iqtisadi rayonlaşma bölgüsünə əsasən işğaldan azad edilmiş ərazilər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına bölünür.  

XXI əsrin əvvəlində mövcud olan iqtisadi çətinliklər, təbii artımın davamlı olaraq aşağı düşməsi, miqrasiyaların intensiv xarakter alması əhalinin sayının artımına da öz mənfi təsirini göstərib. İlk onillikdə Qarabağ iqtisadi rayonunda əhalinin sayı ölkə üzrə orta göstəricilərdən aşağı templə çoxalıb, ona görə də inzibati rayonların payı xeyli aşağı enib. 

Mühüm demoqrafik göstəricilərdən biri sayılan təbii artımın səviyyəsi az vaxt ərzində sosial-iqtisadi, ictimai-siyasi və digər demoqrafik göstəricilərin təsiri ilə dəyişir. Bu proseslər əhalinin sayının artımına, az vaxtdan sonra isə əmək ehtiyatlarının formalaşmasına ciddi təsir göstərir.  1990-cı ildə Qarabağda hər 1000 nəfərə görə təbii artım əmsalı 20,1,  Şərqi Zəngəzurda  19,9 səviyyəsində olmuşdur. Bu isə respublika üzrə olan orta göstəricidən yuxarıdır. 1990-cı ildə Qarabağda doğulan uşaqların sayı 13,5 min nəfər, təbii artım 10,6 min nəfər təşkil etmişdir. Şərqi Zəngəzurda  müvafiq olaraq doğulan uşaqların sayı 5,9 min nəfər, təbii artım 4,5 min nəfər qeydə alınmışdır. Beləliklə, işğaldan azad edilmiş ərazilərin qeydiyyatda olan əhalisi arasında müstəqillik illərində doğum və təbii artım göstəriciləri davamlı olaraq yüksəlib. Bu proses 2015-2016-ci ilə qədər davam edib. Kənd əhalisinin üstünlük təşkil etməsi ilə əlaqədar onun kəmiyyətləri ölkə üzrə orta göstəricidən yuxarı olub. Son dövrlərdə onlar azalmağa doğru gedir.

8895
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic