COĞRAFİYAÇI ALİMƏ MDU ÜÇÜN DƏRSLİK HAZİRLAMAQ TƏKLİF EDİLİB
14 Dekabr 2021
Texniki elmlər üzrə fəlsəfə doktoru İsmayıl Zeynalov Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən “Universitet müzeyində elm” adlı Beynəlxalq Ümumrusiya elmi konfransında iştirak edib.
M.V. Lomonosov adına Moskva Dövlət Universiteti, Avrasiya Universitetlər Assosiasiyası və Moskva Təbiətşünaslar Cəmiyyətinin birlikdə təşkil etdikləri tədbirdə İnstitut əməkdaşı “Rusiya Federasiyasında rekreasiya sənayesinin inkişafı sahəsində aparılan fundamental tədqiqatlarda aşağı orbitli peyklərin rolu” adlı məruzə ilə çıxış edib.
O bildirib ki, hava və iqlim turizm sənayesinin vacib elementlərindən sayılır. Müxtəlif iqlim tiplərinə uyğunlaşma problemlərindən irəli gələn xoşagəlməz hava şəraiti həm sənaye, həm də rekreasiya tədbirlərinin həyata keçirilməsi zamanı insanların potensial risk və ya zərərlə qarşılaşması mümkündür.
Müəllif məruzəsində buludların termik quruluşu və qasırğa özəkləri, fyon küləkləri və s. kimi iqlim və atmosfer proseslərinin bir çox xassələrini izah edən adiabatik prosesləri araşdırıb. İ.Zeynalov düşərgələrin, istirahət evlərinin və digər növlərin tikintisində təhlükəsizliyi təmin etmək və minimuma endirmək üçün LEO kimi müasir uzaqdan zondlama üsullarının tətbiqini vacib hesab edir.
Məruzə dinləyicilər arasında böyük marağa səbəb olub. Azərbaycanlı alimə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin magistr və aspirantları üçün dərslik hazırlamaq təklifi edilib.
8488