COĞRAFİYAÇILAR QARABAĞA SƏFƏRLƏR EDİBLƏR

21 Dekabr 2021

 Coğrafiya  tədqiqatçıları Anar Abtalıbov vəTürkan Məmişova “IDEA” ictimai birliyi, Ekologiya və təbii sərvətlər nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun təşəbbüsü ilə həyata keçirilən “Gənclərin işğaldan azad olunmuş ərazilərdə ekoloji terrorun qiymətləndirilməsi” layihəsi çərçivəsində işçi qrupunun tərkibində işğaldan azad edilmiş Qarabağ zonasında səfərlərdə olublar.

Layihədə iştirak etmək üçün 300-dən artiq müraciət edən gənc sırasından seçilmiş 60 nəfərlik işçi qrupunun üzvləri  Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam, Xocavənd rayonlarında, Hadrut qəsəbəsi və Şuşa şəhərində geoloji          quruluş, biomüxtəliflik, meşə ehtiyatı, torpaqların deqradasiyası, çay suyunun və  kimyəvi tərkibinin müəyyən edilməsi, ərazinin radiasiya fonunun ölçülməsi, geodezik məntəqələrin müəyyən edilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərində yaxından iştirak ediblər.

Layihə çərçivəsində gənclər Qarabağda ağacəkmə aksiyasında iştirak edib, həmçinin məhv olunmuş tarixi-mədəni abidələrin siyahıya alınmasını icra ediblər.

           

           

           

          

           

           



 

8832
BİZİ İZLƏ
TƏQVİM
COĞRAFİ TERMİNLƏR
TƏKLİF GÖNDƏRİN
AZƏRBAYCANI TANI

Azerbaijan

  • Coğrafiya və Təbii Resurslar
  • Reklam
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya institutu Azərbaycan Milli Kitabxanası GoMap National Geographic